18 Oktyabr 2019, Cümə

İyunun 25-də Bəhruz Kəngərli Muzeyində Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov tərəfindən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzeylərə eksponat toplanması istiqamətində keçirilən növbəti təqdimat mərasimi təsviri incəsənətimizlə bağlıdır. Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov müxtəlif illərdə portret janrında yaratdığı 5 rəsm əsərini muxtar respublikada fəaliyyət göstərən muzeylərə hədiyyə edir. Bunlar böyük yazıçımız Cəlil Məmmədquluzadənin, görkəmli rəssamımız Bəhruz Kəngərlinin, Xalq şairi Xəlil Rza Ulutürkün, şəhid Qabil Orucəliyevin və Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənovun portretləridir.
Hədiyyə olunan rəsm əsərləri üçün Telman Abdinova təşəkkür edən nazir deyib ki, rəssamın əsərləri muxtar respublikamızda fəaliyyət göstərən Heydər Əliyev, Naxçıvan Dövlət Tarix Muzeyi, Hüseyn Cavidin ev-muzeyi, Bəhruz Kəngərli, Xalça Muzeyi və digər mədəniyyət müəssisələri də vardır. Rəssamın hədiyyə etdiyi həmin portretlər muzeylərimizdə layiqli yerini tutacaqdır.

Bildirilib ki, Telman Abdinovun yaradıcılığı müxtəlif mövzulu və janrlı rəsm əsərləri ilə seçilir. Rəssamın çoxşaxəli və məhsuldar yaradıcılığında portret, mənzərə, qrafika, natürmort və başqa janrlı əsərlərində rəng tonu, kompozisiya, bütövlük onun istedad və zəhmətinin rəngarəngliyini ortaya çıxarır.
Natəvan Qədimova vurğulayıb ki, rəssamın hədiyyə etdiyi əsərlər dəyərli eksponat kimi muzeylərimizdə qorunub saxlanılacaq və nümayiş olunacaqdır.
Mədəniyyət naziri çıxışının sonunda mədəniyyətin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ­minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov tədbirdə çıxış edərək vurğulayıb ki, görkəmli şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərin böyük ehtiramla yaratdığı portretlərinin muzeylərdə nümayiş etdirilməsi onun üçün iftixar hissi yaradacaqdır.
Digər çıxışlardan sonra muzeyin ekspozisiyasına baxış olub.

Əli RZAYEV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR