20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İyunun 13-də Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.
Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. İdmana göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada futbolun inkişafı üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhər və rayonlarla yanaşı, kəndlərimizdə də müasir stadionlar tikilərək istifadəyə verilib, uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Vurğulanıb ki, buna baxmayaraq, Futbol Federasiyası işini günün tələblərinə uyğun qurmayıb, yaradılan şəraitdən düzgün istifadə etməyi bacarmayıb. Federasiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına verdiyi tapşırıqlardan nəticə çıxarmayıb, muxtar respublikanın şəhər və rayonlarında uşaq futbol komandaları və bölmələri, hakimlər briqadası yaradılmayıb. Eyni zamanda uşaq çempionatları keçirilməyib, muxtar respublikada təşkil edilən yarışlar keyfiyyət və təşkilatçılıq baxımından aşağı səviyyədə olub.

Sonra rayonlarda fəaliyyət göstərən futbol məşqçilərinin fikirləri dinlənilib. Çıxışlar zamanı məşqçilər uşaq, eləcə də yeniyetmə və gənclər arasında futbolun inkişafı üçün atılacaq addımları müzakirə ediblər.
Çıxışlardan sonra Gənclər və İdman naziri Azad Cabbarovun Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və o, federasiyanın sədri seçilib.
Yeni seçilən sədr çıxış edərək Futbol Federasiyasının bundan sonrakı fəaliyyətinin günün tələbləri səviyyəsində qurulacağını, uşaq, yeniyetmə və gənclərin bu idman növünə cəlbinə diqqətlə yanaşılacağını vurğulayıb, yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.
Sonda Futbol Federasiyasının qərar layihəsi oxunub və təsdiq olunub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının iclası keçirilib.
İclasda çıxış edən muxtar respublikanın Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, yarandığı gündən federasiyanın əsas fəaliyyət istiqaməti muxtar respublikada gənclərin vətənpərvərlik ruhunda və sağlam mühitdə formalaşdırılması, bu növ üzrə idmançı və məşqçi heyətinin hazırlıqlarının daha da gücləndirilməsindən ibarət olub. Bu sahədə peşəkarlığın artırılması və muxtar respublika idmançılarının ölkə və beynəlxalq miqyaslı idman yarışlarında iştirakının təmin edilməsi də federasiyanın daim diqqət mərkəzində olub. Bu idman növünün muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparılıb, komandalar formalaşdırılıb, idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib. Yeni yaranmasına baxmayaraq, federasiya artıq bir neçə beynəlxalq və respublika səviyyəli yarışlarda iştirak edib, idmançıları uğurlu nəticələr qazanıblar.
Sonra məşqçi-müəllimlərin fikirləri dinlənilib, keçirilən yarışların nəticələri müzakirə olunub.
Çıxışlardan sonra federasiyaya yeni sədr təyin olunub. Belə ki, məşqçi Xəyal Abdullayev Kikboksinq Federasiyasının yeni sədri seçilib. Gənclər və İdman naziri Azad Cabbarov federasiya sədrinə fəaliyyətində uğurlar arzulayıb, bu sahənin inkişafı istiqamətində nazirliklə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək bildirib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.

  Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4278380
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1345
5856
31545
109738
4278380

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter