17 Sentyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ilə birgə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərəncamın əhəmiyyətindən ətraflı bəhs edərək bildirib ki, göstərilən dövlət qayğısının nəticəsində Baytarlıq təbabəti ixtisası tələbələri universitetdə dövlət sifarişi əsasında təhsil alırlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov bildirib ki, müvafiq sərəncamın icrası istiqamətində muxtar respublikanın təhsil müəssisələrini bitirən 10 nəfər ixtisaslı baytar həkim xidməti üzrə işlərlə təmin olunub.

Diqqətə çatdırılıb ki, baytarlıq üzrə yeni layihələrin hazırlanmasına diqqəti artırmaq məqsədilə xidmətin mütəxəssislərindən ibarət ekspert qrupu yaradılıb.
Xidmətin Xüsusi təhlükəli xəstəliklərə nəzarət şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, innovativ ideyalar iqtisadiyyatın bütün sahələrinə, o cümlədən tibb, baytarlıq və kənd təsərrüfatı kimi mühüm əhəmiyyətli sahələrə də aid ola bilər.
Sonra müəllim və tələbələrin mövzu ilə əlaqədar təklifləri dinlə­nilib.

* * *

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə hamiliyə verilmiş İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Tədbirdə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu qeyd edib ki, gələcəkdə müxtəlif sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri dayanıqlı inkişafın əsas amillərindən biridir.
Naxçıvan Muxtar Respublikası Vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, nazirlikdə “Naxçıvan” Universitetinin hamiliyə götürülən İqtisadiyyat ixtisasının tələbələri ilə mütəmadi görüşlər keçirilir və onlar istehsalat təcrübələrində yaxından iştirak edirlər. Belə görüşlərin keçirilməsi, aparılan istehsalat təcrübələri tələbələrin nəzəriyyədə qazandıqlarının praktika ilə zənginləşdirilməsinə şərait yaradır.
Nazirliyin əməkdaşı Elçin Babayev slaydlar vasitəsilə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumat verib, həmin layihələrin təhlil edilməsi barədə fikirlərini çatdırıb. Qeyd edib ki, tələbələr vergi.nakhchivan.az rəsmi internet səhifəsinə daxil olmaqla startap layihələrini Vergilər Nazirliyinə onlayn olaraq göndərə ­bilərlər.
Nazirliyin əməkdaşı Nihad Möhbalıyev slaydlar vasitəsilə “Məhsul yaratma və məhsulun həyat dövrü” haqqında geniş məlumat verib.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR