19 Sentyabr 2019, Cümə axşamı

Azərbaycan Respublikasının Ukraynadakısəfirliyi tərəfindən 28 May – Respublika Günü, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi vəAzərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Kiyevdə rəsmi qəbul mərasimi keçirilib.

Mərasimdə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı təşkil edilən Naxçıvan məhsullarının sərgisi ilə tanış olublar. Burada Naxçıvanda istehsal olunan məhsullar, o cümlədən Naxçıvanın brendi sayılan göycə nümayiş olunub.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 1918-ci il 28 may tarixində müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, mövcud olduğu 23 aylıq dövrdə diplomatiya sahəsində qazandığı mühüm nailiyyətlərdən danışıb. Azər Xudiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlər müstəvisində yeni mərhələyə çıxarıb, bir çox uğurlar əldə edilib.

 Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar bildirib ki,Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələr hələ 1918-ci ildən yaranıb. Ukrayna 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirib. Bu gün isə iki ölkə arasında strateji əməkdaşlıq mövcuddur.

Tədbirin sonunda “Şərur” Xalq Yallı Ansamblı rəngarəng rəqslər, qədim Şərur və Naxçıvana məxsus “Tənzərə”, “Köçəri” və başqa yallıları ifa edib.

Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR