27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı il­dönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının 8-ci turuna yekun vurulub.
Bu turda “A” qrupunun lideri amerikalı qrossmeyster Timur Qarayev (2560) iranlı zəka sahibi Mehdi Orimi Qulamini (2406) məğlub edərək qrup liderliyini qoruyub. Azərbaycanlı qrossmeyster ­Nicat Abasov (2633) qrossmeyster Vüqar Rəsulova (2533) qalib gəlib. Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli ilə (2454), özbəkistanlı beynəlxalq usta Ortik Niqmatov (2469) isə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə üz-üzə gəlib, hər iki görüş heç-heçə nəticələnib.
Naxçıvanlı zəka sahiblərindən qrossmeyster Urfan Sevdimalıyev (2352) ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) oyunda üstün olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) azərbaycanlı beynəlxalq usta Loğman Quliyevə (2319), beynəlxalq usta Talıb Babayev (2329) isə hindistanlı şahmatçı Şantanu Bambureniyə (2261) məğlub olub. FİDE ustası Pərviz Qasımov (2328) qrossmeyster Sərxan Quliyevlə (2330) “sülh” bağlayıb. FİDE ustası Sadiq Məmmədov (2205) FİDE ustası Gövhər Beydullayeva (2316) ilə qarşılaşmada məğlub olub.

8 görüşdən 7 xal toplayan amerikalı qrossmeyster liderliyə yüksəlib. Azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) 6 xalla qrup ikincisidir. Digər 6 zəka sahibi isə 5,5 xalla 3-8-ci yerləri bölüşür.
“B” qrupunda Elxan Bayramov (2158) Amil Abbasovu (2215) məğlub etməklə 7,5 xalla vahid liderliyə yüksəlib.
Atilla Eynullayev (2175), Eldar Musayev (2152) və Fariz Əhmədovun (2158) isə aktivində 6,5 xal var.
Festivalın “C” qrupunda İlqar Məmmədov, Niyazi Qafarov və Nazar Talqatovun aktivində 7 xal var.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4021191
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1468
2657
1468
103573
4021191

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter