24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Şahmatçılar Beynəlxalq Şahmat Festivalında fasilələri səmərəli şəkildə keçirirlər. Belə ki, zəka sahibləri arasında Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində futzal birinci­liyi təşkil olunub.

Birincilikdə “Hakimlər”, “Əcnəbilər”, “Naxçıvan şahmatçıları” və “Naxçıvan” komandaları mübarizə aparıblar. Olimpiya sistemi üzrə keçirilən birinciliyin final qarşılaşmasında qonaqlardan ibarət komanda ilə “Naxçıvan” komandası üz-üzə gəlib. Görüş əcnəbilərin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yer uğrunda görüşdə isə ədalət təmsilçiləri naxçıvanlı zəka sahiblərinə məğlub olublar – 1:4.
Sonda qalib komanda plaket və kubokla, digər qaliblər isə plaketlə təltif olunublar. Mükafatları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov təqdim edib.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4301573
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2923
5670
14094
132931
4301573

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter