24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki ­İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq turnirinə start verilib.

 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Karate Federasiyası və Naxçıvan Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda

6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 18-20 yaşlı gənclər iştirak edirlər. Turnirdə Naxçıvan Muxtar Respublikasının idmançıları ilə yanaşı, Türkiyə,Rusiya, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan,Kuba və Azərbaycanın 300-ə yaxın karate ustası mübarizə aparır.

İki gün davam edəcək turnirə sabah keçiriləcək final görüşləri ilə yekun vurulacaq.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4301563
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2913
5670
14084
132921
4301563

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter