24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında ikinci turun oyunları keçirilib.
“A” qrupunda festivalın ən yüksək reytinqli şahmatçısı, belaruslu qrossmeyster Vladislav Kovalyev (2678) bu turda azərbaycanlı beynəlxalq usta Günay Məmmədzadə (2438) ilə üz-üzə gəlib. İlk turdan fərqli olaraq bu dəfə belaruslu şahmatçı azərbaycanlı həmkarı ilə “sülh” bağlayıb. Azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) iranlı zəka sahibi Mehdi Qulami Orimini məğlub edərək ardıcıl ikinci qələbəsini qazanıb. Belaruslu qrossmeyster Aleksey Aleksandrov (2603) isə azərbaycanlı beynəlxalq usta Orxan Abdulovla (2372) xalları yarı bölüb.
İlk turda qələbəni bayram edən azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) eyni uğuru azərbaycanlı beynəlxalq usta Abdulla Qədimbəylini (2394) də məğlubiyyətə uğratmaqla əldə edib. Aktivlərində bir xal olan özbəkistanlı beynəlxalq usta Ortik Niqmatov (2469) azərbaycanlı beynəlxalq usta Gülnar Məmmədovanı (2349), türkiyəli FİDE ustası Esat Bağlan (2345) yunanıstanlı qrossmeyster Vasilios Kotroniasu (2474), belaruslu qrossmeyster Vadim Malaxatko (2508) isə azərbaycanlı beynəlxalq usta Xanım Balacayevanı (2358) üstələməyi bacarıblar. Turnirdə azərbaycanlı qrossmeyster Türkan Məmmədyarovanın (2256) bu turda da məğlubiyyətlə üzləşməsi gözlənilməz olub. O, azərbaycanlı FİDE ustası Aydın Süleymanlı (2334) ilə görüşdə xalsız qalıb.

Bu qrupda mübarizə aparan 5 zəka sahibimizdən qrossmeyster Urfan Sevdimalıyev (2352) ABŞ-lı qrossmeyster Timur Qarayevlə (2560) qarşılaşıb və ağ-qara taxtanı məğlub tərk edib. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) azərbaycanlı şahmatçı Elmar Atakişiyevlə (2114) xalları yarı bölərək turnirdə ilk xalını qazanıb. Digər beynəlxalq usta Talıb Babayev (2329) isə azərbaycanlı ustalığa namizəd Ayan Allahverdiyevadan (2076) üstün ola bilməyib. FİDE ustalarımızdan Sadiq Məmmədov (2205) azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlıya (2451), Pərviz Qasımov (2328) isə gürcüstanlı qrossmeyster Tornike Sanikidzeyə (2488) məğlub olub.
İlk turdan sonra 8 şahmatçı maksimum xalla liderdir.
“B” qrupunda isə iki görüşdən sonra 20 zəka sahibinin aktivində iki xal var ki, onların da dördü – Hüseyn Seyid (1533), Sadiq Qarayev (1719), Hətəm Kətanov (1690) və Elmar Süleymanlı (1677) muxtar respublika təmsilçisidir.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda da liderlər cədvəlində Naxçıvan zəka sahiblərinin adlarına rast gəlmək mümkündür. Belə ki, hazırda 40 şahmatçı maksimum nəticə göstərib. Onların da 22-si naxçıvanlı zəka sahibidir.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4301607
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2957
5670
14128
132965
4301607

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter