23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

“Naxçıvan Muxtar Respublikası - 95” devizi altında kikboksinq üzrə kadetlər arası muxtar respublika birinciliyi keçirilib.

Şərur rayonunda keçirilən birincilikdə idmançılar 3 yaş qrupu üzrə 18 çəki dərəcəsində rinqə çıxıblar.

Birinciliyi keçirməkdə məqsəd muxtar respublikada kikboksinq idman növünü inkişaf etdirmək, rayon və Naxçıvan şəhərində fəaliyyət göstərən bölmələrin işinə qiymət vermək və ölkə birinciliyində muxtar respublikamızı təmsil edəcək heyəti formalaşdırmaqdan ibarət olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 60-dan çox idmançı mübarizə aparıb. Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Kikboksinq Federasiyasının sədr müavini Tahir Məmmədli bildiriblər ki, bu gün muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gəncləri idmana cəlb etmək üçün müasir idman infrastrukturu yaradılıb, maddi-texniki baza gücləndirilib və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib. Muxtar respublikada görülən abadlıq-quruculuq işləri çərçivəsində hər il yeni idman obyektləri inşa olunur. İdman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsidir ki, muxtar respublikamız mötəbər idman turnirləri, müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışlar keçirilir. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların düzgün həyat tərzinə yönləndirilərək zərərli vərdişlərdən uzaq tutulması, həmçinin istedadlı gənclərin üzə çıxarılması sahəsində mühüm işlər görülür.

 Yarışın yekun nəticəsinə əsasən, 8-10 yaşlı idmançılar arasında Uğur Məmmədli (22 kiloqram, Şərur), Fərman Bağırov (24 kiloqram), Sadiq Kərimov (26 kiloqram), Oğuz Məmmədli (28 kiloqram) və Səid Abbaslı (30 kiloqram, hamısı Turan Döyüş Klubu) hamıdan güclü olublar.

10-13 yaşa qədər (kik-layt) idmançıların mübarizəsində qalib adını Elton Fərzəliyev (28 kiloqram, Culfa), Sinan Kazımov (32 kiloqram, Şərur), Hüseyn Həsənov (37 kiloqram, Şərur), Raiq Rəcəbli (42 kiloqram, Naxçıvan), Səhət Əsədov (47 kiloqram, Naxçıvan) və Zeynalabdin Musayev (+47 kiloqram, Şərur) qazanıblar.

Azər Zamanlı (39 kiloqram, Naxçıvan), Şəmsəddin Əliyev (42 kiloqram, Naçxıvan), İsmayıl Yaqubov (47 kiloqram, Naxçıvan), Elton Səfərli (52 kiloqram, Kəngərli), Fərid Məhərrəmov (57 kiloqram, Turan Döyüş Klubu), Onur Əlizadə (63 kiloqram, Naxçıvan) və İldırım Tarverdiyev (69 kiloqram, Naxçıvan) isə 13-15 yaşlı kadetlər arasında muxtar respublika birinciliyinin qalibi olublar.

Qızların mübarizəsində Duyğu Hüseynova (Naxçıvan) 51 kiloqram çəki dərəcəsində qalib adını qazanıb.

Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3885142
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2208
4106
6314
75533
3885142

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter