25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri cari ildə qazandıqları uğurların sayını artırmaqdadırlar. İdmançılarımız ilk olaraq Bakı Şəhər Sərhədçi Olimpiya-İdman Kompleksində keçirilən 10-cu “Bakı Open” beynəlxalq turnirində kumite və kata yarışlarında 15 müxtəlif əyarlı medal qazanıblar. Bununla yanaşı, federasiyanın idmançıları Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən 9-cu “Tbilisi Open” beynəl­xalq turnirində də uğurla çıxış ediblər. Belə ki, 6-7 yaş qrupunda Rafiq Hüseynli (28 kiloqram) birinci, 8-9 yaşlıların qrupunda Yaqub Qənbərov (35 kiloqram) isə üçüncü yerə layiq görülüblər. Keçirilən hər iki beynəlxalq turnirdə uğur qazanan idmançılarımızın fikirlərini ­öyrəndik.
Vüsal SEYİDOV: “Bu gün bizim məşq etməyimiz üçün hərtərəfli şərait yaradılıb. Bunun nəticəsi kimi biz idmançılar keçirilən beynəlxalq və ölkə­daxili turnirlərdə böyük uğurlar əldə edirik. Bakı şəhərində keçirilən “Bakı Open” beynəlxalq turnirində 14-15 yaş qrupunda mübarizə aparırdım. Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr edilən turnirdə qalib gəlməyi qarşıma məqsəd qoymuşdum ki, buna da nail oldum. Bizi qarşıda daha böyük yarışlar gözləyir. Çalışacağam ki, iştirak etdiyim hər bir yarışda muxtar respublikanı layiqincə təmsil edim”.

Zəhra MƏMMƏDOVA: “Keçirilən kumite yarışlarında 8-9 yaş qrupu üzrə 35 kiloqram çəki dərəcəsində mübarizə apardım. Final görüşündə qalib gələrək turnirin baş mükafatını qazandım. Bununla yanaşı, kata yarışlarında da iştirak etdim və bürünc medala layiq görüldüm. Qazandığımız uğurlar mütəmadi keçirilən məşqlərin bəhrəsidir. Biz idmançılar üçün bu gün hər bir şərait yaradılıb. Yaradılan şəraitə görə qız idmançılar adından minnətdarlığımızı bildiririk”.
Ayan MƏMMƏDOVA: “Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən yubiley turnirində 15-ə yaxın ölkəni 1000-dən çox idmançı təmsil edirdi. Belə böyük turnirdə iştirak etmək mənim üçün qürurvericidir. Kumite yarışlarında 10-11 yaş qrupu üzrə +40 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxdım və çempion oldum. Bu, bizim, xüsusilə qız idmançılar üçün yaradılan şəraitin bariz nümunəsidir. Qarşıdakı yarışlarda qız idmançılarımızın daha böyük uğurlar qazanacaqlarına inanıram”.
Qeyd edək ki, 10-cu “Bakı Open” beynəlxalq turnirində fərdi kata və kumite üzrə yarışlar 4 gün davam edib. İdmançılarımızdan 8-9 yaş qrupunda Özləm Hacıyeva (kata yarışları) və Aminə Novruzzadə (35 kiloqram, kumite) ikinci, Nərgiz Həsənli (+35 kiloqram, kumite) və Yaqub Qənbərov (-33 kiloqram, kumite) isə üçüncü yerə layiq görülüblər. Həmçinin 6-7 yaş qrupunda Rafiq Hüseynli (+29 kiloqram, kumite), 10-11 yaş qrupunda Qafar Hüseynov (komanda yarışı), 16-17 yaş qrupunda Aslan İsmayılov (+84 kiloqram), 18-21 yaş qrupunda Mirpaşa Kərimzadə (75 kiloqram), Murad Ələkbərov (-67 kiloqram) və 36-45 yaş qrupunda Qələndər Bünyadov (kata və kumite) üçüncü olublar.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4127743
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
547
4356
4903
91343
4127743

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter