26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birincilik iki gün davam edəcək.
Birincilikdə muxtar respublikanın 6 komandasının tərkibində 110-dək idmançı mübarizə aparır. Cüdoçular 10 çəki dərəcəsində tatami üzərinə çıxıblar.
Birinciliyin final görüşləri bu gün keçiriləcək.

* * *

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə fiziki imkanları məhdud şəxslər arasında armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının birgə təşkilatçılığı ilə olimpiya sistemi əsasında iki kateqoriyalı çəki dərəcəsində (75-, 75+ kiloqram) keçirilən turnirdə 25-ə yaxın idmançı mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birinciliyin açılış mərasimində çıxış edən Par­alimpiya Federasiyasının sədri ­Nicat Babayev bildirib ki, bu gün muxtar respublikamızda fiziki imkanları məhdud şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Federasiya Gənclər və İdman Nazirliyi ilə birgə onların idmana cəlbi yönündə mühüm işlər görür. Belə yarışları, birincilikləri keçirməkdə məqsəd idmanın kütləviliyinə nail olmaqla yanaşı, həm də fiziki imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, dövlətin apardığı idman siyasəti nəticəsində gənclərimiz beynəlxalq arenalarda böyük uğurlara imza atırlar. Son illər bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində bu gün Naxçıvan idmançıları öz bacarıqları, əldə etdikləri nailiyyətlərlə seçilirlər. İdmanın kütləviliyinin təmin edilməsi məqsədilə muxtar respublikanın şəhər və rayonlarında yeni idman zalları, olimpiya-idman kompleksləri və digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq idmançıların ixtiyarına verilib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində gənclərin vətənpərvər ruhda tərbiyə olunması işi günün tələbləri səviyyəsində qurulub. Fiziki imkanları məhdud şəxslərə isə dövlətimiz xüsusi qayğı ilə yanaşır. Nazir birinciliyin iştirakçılarına uğurlar arzulayıb.
Gərgin keçən idman mübarizəsinin yekununda Zamin Hacıyev və Telman Şirinov öz çəki dərəcələrində birinciliyin qalibi adını qazanıblar. Vüsal Möhsünlü və Kərəm Həmzəyev ikinci, Nihad Zeynalzadə və Allahverdi Məmmədov isə üçüncü yerlərə layiq görülüblər.
Qalib idmançılar fəxri fərman, diplom və hədiyyələrlə təltif olunublar.

* * *

Naxçıvan Muxtar Respublika Stadionunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin atletləri аrаsındа yüngül atletika üzrə açıq birincilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbin komandasının 170 idmançısı (5 qız, 5 oğlan) mübarizə aparıb.
Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda qızlar arasında 100 metr məsafədə Ofeliya Qasımova, 200 metr məsafədə Elmira Əlizadə, 400 metr məsafədə Ülviyyə Hüseynli, 800 metr məsafədə Sevinc Əliyeva (15 nömrəli tam orta məktəb) və 1500 metr məsafədə Sevgi Məmmədli (10 nömrəli tam orta məktəb) finiş xəttinə öndə çatıblar.
Oğlanların mübarizəsində isə Fərid Əsgərli (100 metr), Nihal İmanov (200 metr, hər ikisi 10 nömrəli tam orta məktəb), Əliabbas Səfərov (400 metr, 15 nömrəli tam orta məktəb), İbrahim Məmmədli (800 metr, 7 nömrəli tam orta məktəb) və İsmayıl Abbaslı (1500 metr, 10 nömrəli tam orta məktəb) qalib adını qazanıblar.
Komanda hesabında 15 nömrəli tam orta məktəbin komandası birinci, 10 nömrəli tam orta məktəbin komandası ikinci, 7 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Sonda qalib komanda və idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792575
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
413
2548
2961
56892
3792575

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter