21 İyul 2019, Bazar

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən güc çoxnövçülüyü üzrə birinciliyə yekun vurulub.
Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 16 komandanın 108 idmançısı mübarizə aparıb. İdmançılar iki növdə – ağırlıq daşlarını qaldırma və qol güləşində qüvvələrini sınayıblar.
Yarışın bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general­­-leytenant Fazil Ələkbərov bildirib ki, bu gün Naxçıvanda idman və gənclər siyasəti ulu öndər ideyalarının ən sadiq təəssübkeşi, Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gəncləri idmana cəlb etmək üçün müasir idman infra­strukturu yaradılıb, maddi-texniki baza gücləndirilib və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib. Muxtar respublikada görülən abadlıq-quruculuq işləri çərçivəsində hər il yeni idman obyektləri inşa olunur. İdman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin və yaradılan şəraitin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamız mötəbər idman turnirlərinin, müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışların keçirildiyi məkana çevrilib.

Nazir diqqətə çatdırıb ki, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların düzgün həyat tərzinə yönləndirilərək zərərli vərdişlərdən uzaq tutulması, həmçinin istedadlı gənclərin üzə çıxarılması sahəsində mühüm işlər görülür. Bu gün Naxçıvanda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 12 idman federasiyasına hərtərəfli dövlət qayğısı göstərilərək fəaliyyətlərini yüksək səviyyədə qurmaları üçün tam şərait yaradılıb.
Qeyd olunub ki, keçirilən birinciliyin məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü inkişaf etdirmək və ölkə birinciliyində çıxış edəcək heyəti formalaşdırmaqdır.
General-leytenant Fazil Ələkbərov yarışda uğur qazanan polis əməkdaşlarını təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Birinciliyin yekun nəticəsinə gəlincə, ağırlıq daşlarını qaldırmada Rəşad Həsənov (65 kiloqram), Kənan Əliyev (70 kiloqram), Mütəllim Əliyev (75 kiloqram), Sakit Məmmədov (80 kiloqram), Sərxan Zeynalov (85 kiloqram), Cavanşir Yaqubov (90 kiloqram) və Rauf Vəliyev (90+ kiloqram) qalib adını qazanıblar. Qol güləşində isə Rəşad Həsənov (65 kiloqram), Cavid Əhmədov (70 kiloqram), Rəcəb Məmmədov (75 kiloqram), Elvin Mütəllimov (80 kiloqram), İlkin Həsənov (85 kiloqram), Vəli Şirəliyev (90 kiloqram) və Allahverdi Qəribov (90+ kiloqram) hamıdan güclü olublar.
Komanda hesabında isə müvafiq olaraq ilk üç pillədə Daxili Qoşunlar, Naxçıvan Şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyinin komandası qərarlaşıb.
Sonda qaliblər mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4285357
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3175
5147
38522
116715
4285357

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter