19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Yığıncaqda çıxış edən federasiyanın sədri Mahir Əliyev qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10 oğlan komandası və Ordubad şəhərində, Culfa rayonunun Yaycı kəndində 2 qız komandası olmaqla, ümumilikdə, 12 komanda fəaliyyət göstərir. Ötən il federasiyanın nümayəndələri şəhər və rayonlarda məşqçilərin fəaliyyəti ilə mütəmadi maraqlanıb, idmançıların tələb və təklifləri dinlənilib, qruplar idman ləvazimatları ilə təmin edilib. ­Hazırda həmin qruplarda 200-dən artıq idmançı idmanın bu növü ilə məşğul olur.
Vurğulanıb ki, adıçəkilən müşavirədə verilən tapşırıqlara əsasən Basketbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, yeni­yetmə və gənclərin idmana cəlb olunmasını, yarışların kütləviliyinin artırılmasını daim diqqətdə saxlamalıdır. Gələcəkdə də federasiya Gənc­lər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində quracaq, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görəcək və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yığıncaqda çıxış edərək bildirib ki, muxtar respublikamızda 2245 idmançı 171 qrupda basketbol idman növü ilə məşğuldur. Nazirlik muxtar respublikamızda 2002-ci ildə yaradılan Basketbol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev kuboku” uğrunda 2001-2002-ci illər təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika turniri və digər komandalar arasında yoldaşlıq görüşləri keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muzeylərə gəzintiləri təşkil olunub.
Azad Cabbarov 2018-ci il dekabrın 10-da keçirilən müşavirədə qarşıya qoyulan tələb və tapşırıqların layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib.
Sonra Ali Məclisin Sədri tərəfindən 2018-ci ildə mükafata layiq görülən Culfa rayon komandasının məşqçisi Yasin İbrahimov çıxış edərək əməklərinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
Yığıncaqda federasiyanın il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.
Yığıncağa yekun vuran Basketbol Federasiyasının sədri məşqçi-müəllimlər və idmançıları adından yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704930
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
293
2795
3088
46022
3704930

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter