25 Mart 2019, Bazar ertəsi

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Yığıncağı giriş sözü ilə açan Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev gündə­likdə duran məsələlərlə bağlı məlumat verib.
Sonra federasiyanın sədr müavini Hafiz Əliyev 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə danışıb.
Yığıncaqda çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına verilən tapşırıqlardan bəhs edib.
Bildirilib ki, muxtar respublikamızda futbol idman növü ilə 5242 idmançı 296 qrupda məşğuldur. Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Futbol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirib. 2018-ci il 12-16 iyun tarixlərdə Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnirdə doğma diyarımızı təmsil edən “Araz-Naxçıvan” komandası da uğurlu nəticə göstərərək yarışın mükafatçıları sırasına düşüb.

Azad Cabbarov həyata keçirilən tədbirlərin nazirlik və Futbol Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, bu növün inkişafı istiqamətində daha böyük uğurlara imza atılacağına əminliyini bildirib.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxışında vurğulayıb ki, federasiya hesabat ili üçün tərtib etdiyi tədbirlər və təqvim planını Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdıraraq təsdiq edir. O deyib ki, müşavirədə federasiyanın qarşısına qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsində əsaslı dönüş yaradılmalıdır. 2019-cu ildə Futbol Federasiyasının kuboku, 15-16 yaşlı futbolçuların muxtar respublika birinciliyi, yerlərdə şəhər və rayon birinciliklərinin, futzal üzrə muxtar respublika kuboku yarışlarının keçirilməsi nəzərdə tutulub.
Səbuhi Şahverdiyev bildirib ki, artıq muxtar respublikanın 5 rayonunda federasiyanın bölmələri fəaliyyət göstərir. Tezliklə bunların sırasına Naxçıvan şəhəri, Şərur və Babək rayonları da əlavə olunacaqdır. Federasiya bölmələrini fəaliyyətinin səmərəli təşkili üçün yerli şəhər və rayon İcra hakimiyyətləri ilə sıx əlaqə yaradılmalıdır. Naxçıvan Muxtar Respublikasında mövcud olan bütün stadion və futbol meydançalarından səmərəli istifadə olunması, yeni stadionların qurulması və onların bərpa edilməsi daim diqqət mərkəzində olmalıdır.
Sonda federasiya sədri qeyd edib ki, Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün mövcud olan bütün imkanlardan səmərəli istifadə edilməlidir.
Sonra Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının il ərzində fərqlənən ­idmançıları mükafatlandırılıblar.
Yığıncağa yekun vuran Futbol Federasiyasının sədri məşqçi və idmançılar adından yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3791977
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2363
1728
2363
56294
3791977

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter