19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı­­ vəziyyəti və qarşıda duran vəzifələr haqqında” ­keçirilən müşavirə ilə bağlı yığıncağı olub.
Yığıncağı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin­­ diqqət və qayğısı nəticəsində bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman da inkişaf etməkdədir. Naxçıvanda Olimpiya-İdman kompleksləri, Üzgüçülük, Şahmat və Atıcılıq mərkəzləri, bir çox idman zalları, obyektləri tikilərək və ya əsaslı təmir olunaraq yeniyetmə və gənclərin ixtiyarına verilib. Beynəlxalq yarışların muxtar respublikada keçirilməsi, idmançılara və məşqçilərə müxtəlif mükafat və adların verilməsi Naxçıvanda idmana və idmançılara göstərilən diqqətin bariz nümunəsidir. Bu siyahıda Boks Federasiyasının məşqçi-müəllimlərinin və idmançılarının da adlarının olması muxtar respublikada bu idman növünün inkişafı və kütləviliyinə nail olunmasının göstəricisidir.

Sonra Məmmədcəfər Əliyevin 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilib. Qeyd olunub ki, boksçularımız il ərzində 18 müxtəlif idman tədbirində iştirak ediblər. Federasiyanın idmançıları il ərzində Azərbaycan çempionatları və beynəlxalq yarışlardan, ümumilikdə, 16 medal qazanıblar ki, bunların da 5-i qızıl, 6-sı gümüş, 5-i isə bürüncdür.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, muxtar respublikamızda idman və idmançılara hərtərəfli dövlət qayğısı nəticəsində gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Nazirlik bu məqsədlə muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimlənməsini həyata keçirir.
Qeyd edilib ki, adıçəkilən müşavirədə muxtar respublikamızda fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən Boks Federasiyasında da idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya tərəfindən istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir.
Bildirilib ki, idmanın ən qədim növlərindən biri olan boks idman növü ötən il muxtar respublikanın idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiy­yətinin diqqət mərkəzində olub. Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Boks Federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi üçün çoxsaylı tədbirlər həyata keçirib. Hazırda muxtar respublikamızın şəhər və rayonlarını əhatə etməklə ötən il ərzində 400-dən artıq idmançı, 27 fərqli qrupda idmanın bu növü üzrə keçirilmiş hazırlıqlarda, təlim-məşq proseslərində iştirak ediblər.
Nazir çıxışının sonunda həyata keçirilən tədbirlərin nazirlik və Boks Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların layiqincə yerinə yetiriləcəyini, eyni zamanda boksun inkişafı istiqamətində daha böyük uğurlara imza atılacağına əminliyini bildirib.
Tədbirdə federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi təsdiq olunub. Sonra Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının il ərzində fərqlənən məşqçi-müəllimləri və idmançıları mükafatlandırılıb.
Yığıncağa yekun vuran gənclər və idman naziri məşqçi-müəllimlər və idmançılar adından yaradılan şəraitə görə Ali Məclisin Sədrinə­­ minnətdarlığını bildirib.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612149
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
193
3542
89289
135391
3612149

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter