25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bəzi insanlar müxtəlif səbəblərə görə azhərəkətli həyat tərzi keçirirlər. Onların bir qismi bunu işin ağırlığı, vaxt qıtlığı, digərləri streslər, hava şəraitinin pis olması kimi bəhanələrlə izah etməyə çalışırlar. İnsan müəyyən yaşa çatdıqdan sonra funksional inkişafının ən yüksək səviyyəsinə çatır. Yalnız bundan sonra fiziki inkişafında, tədricən, geriləmə ilə üz-üzə qalır. Aparılan tədqiqatlar sübut edib ki, fiziki fəallığı yüksək olan şəxslərdə iyirmi yaşdan sonra baş verən qocalma prosesi daha yavaş gedir. Fiziki fəallığın qocalma prosesinin sürətini azaltması, müəyyən xəstəliklərin qarşısını alması və həyat keyfiyyətini yaxşılaşdırması haqqında yetərli məlumatlar vardır. Odur ki, insan kiçik yaşlarından etibarən idmana meyil etməli və müəyyən idman növü ilə məşğul olmalıdır. Bəs bu zaman uşaqları gözləyən təhlükə nədir? Onlar qış aylarında hansı xəstəlik­lərlə üzləşə bilərlər?

Bu dövrdə uşaqlarda daha çox rast gəlinən xəstəliklər mau (şeyerman) və şintsdir (haqlund). Adıçəkilən xəstəliklər son zamanlar uşaqlarda tez-tez müşahidə olunur və vaxtında müalicə edilməzsə, bunun nəticəsi ağır ola bilər. Mau xəstəliyi uşaqların sürətli inkişaf dövründə rast gəlinən onurğa sütunu xəstəliyidir. Bu xəstəliyə onu öyrənən danimarkalı həkim Verfel Şeyermanın adına uyğun olaraq şeyerman xəstəliyi də deyirlər. 8-14 yaşlı uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir. 14 yaşından yuxarı uşaq və gənclər nadir hallarda bu xəstəliklə üzləşirlər. Bəs bu xəstəlik necə yaranır? İnsanın onurğasında normal qaydada bir neçə fizioloji əyrilik (20-40 faiz) olur. Mau xəstəliyi zamanı isə əyilmə 45 faizdən çox olur və döş qəfəsində yerləşən orqanların, o cümlədən ağciyər və ürəyin funksiyasının pozulmasına gətirib çıxarır. Nəticədə, uşaqda qozbel­lik yaranır. Bu xəstəlik bəzən insanı aldadır. Belə ki, ilkin mərhələdə bilinməyən xəstəlik müəyyən zamandan sonra bel nahiyəsində ağrıların yaranmasına səbəb olur.

Bu xəstəliyə qış aylarında idmanla məşğul olan uşaqlarda daha çox rast gəlinir. Səbəbi isə məşqçilərin uşaqlara düzgün fiziki yüklənmələr təyin etməməsidir. Alimlər bu xəstəliyin 3 dərəcəsinin olduğunu qeyd edirlər. Erkən yaş dövrlərindəki latent dərəcəsi müalicə olunmazsa, xəstəlik 2-ci dərəcəyə keçir ki, bu da 15-19 yaşlı uşaqlarda müşahidə edilir. Üçüncü dərəcəyə isə 20-dən yuxarı yaşlı insanlarda rast gəlinir. Xəstəliyin müalicəsinə gəlincə, alimlər daha çox masaja üstünlük verirlər. Çünki masaj zamanı onurğa sütunu ətrafında əzələlərdə qan dövranı yaxşılaşır, əzələlər möhkəmlənir.
Şints xəstəliyi də mau kimi idmanla məşğul olan uşaqlarda tez-tez rast gəlinir. Yaranma səbəbi məlum olmasa da, adətən, uşaqlar qış aylarında fiziki yüklənmələrin çox olması nəticəsində bu xəstəliklə üzləşirlər. Yaş həddinə gəlincə, oğlanlar 6-15, qızlar isə 7-11 yaşlarda bu xəstəliyə tutulurlar.
Bəs bu xəstəlik necə baş qaldırır? Uşaqlar qış aylarında fiziki hərəkətlər zamanı dabanlarında ağrılar hiss edirlər: dabanın arxa hissəsində qızartı, şiş əmələ gəlir. Bu zaman idmanla məşğul olmağı müəyyən müddətə təxirə salmaq və dabanda qan dövranını yaxşılaşdırmaq lazımdır. Bunun qarşısını almaq üçün xəstəliyi ilkin mərhələdə müəyyən etmək vacibdir. Deməli, burada iş valideynlərlə məşqçilərin üzərinə düşür.
Ümumiyyətlə, qış aylarında uşaqları xəstəliklərdən uzaq tutmaq və onların müalicəsi üçün idman təbabətindən istifadə etmək lazımdır. Bu təbabət növü müasir dövrdə daha geniş vüsət alıb. Onun əsas vəzifələri idmanla məşğul olmadan əvvəl tibbi müayinələr vasitəsilə uşaqların sağlamlıq imkanlarını qiymətləndirmək, müxtəlif idman yarışlarında və məşqlərdə meydana gələn kəskin və xroniki sağlamlıq problemlərinin diaqnostikasını aparmaq, idman klublarında sahə həkimi olaraq ilk tibbi yardımı həyata keçirməkdir. Bunlarla yanaşı, uşaqların sağlamlığını qorumaq, sağlam həyat tərzini təbliğ etmək məqsədilə maarifləndirmə işi, idman təbabəti sahəsində araşdırmalar aparmaq da vacib məsələlərdəndir.
Bütün bunlara əməl etməklə uşaqlarımızı fiziki cəhətdən daha gümrah, sağlam böyütmüş olar, onların idmanla intensiv məşğul olmalarına şərait yaradarıq. Gəlin, uşaqlarımızın sağlamlığını qoruyaq.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4127774
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
578
4356
4934
91374
4127774

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter