26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədri Mayis Əliyev bildirib ki, federasiya Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq ötən il ərzində müxtəlif idman növləri üzrə yarışlar keçirib. Bu yarışlarda, ümumilikdə, 861 idmançı, 61 məşqçi və 21 hakim iştirak edib. Bunlardan da 250-yə yaxını qız idmançılardır. Hazırda federasiyanın rayonlarda bölmələri fəaliyyət göstərir. 2018-ci ildə təşkil olunan şəhər və rayon birinciliklərində, ümumilikdə, 710 idmançı mübarizə aparıb.
Diqqətə çatdırılıb ki, il ərzində federasiyanın dəvəti ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekstremal idman növləri üzrə məşqçi-təlimçisinin iştirakı ilə keçirilən təlim-məşq toplantılarında federasiyanın “İlandağ”, “Qapıcıq” idman klubları və 10 komandanın üzvündən ibarət 221 idmançı iştirak edib. Ötən il fevralın 24-də Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 30 nəfərlik alpinist qrupu federasiyasının “İlandağ” idman klubunun 11 idmançısı ilə birlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Haçadağa yürüş edib.

Mayis Əliyev yaradılan hərtərəfli şəraitə, göstərilən qayğıya görə federasiyanın məşqçi və idmançıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra federasiyanın sədr müavini Azər Məmmədovun 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib.
Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, adıçəkilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən Hava və Ekstremal İdman Növləri Federasiyasında idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin təmin edilməsi, federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin olunmalıdır. Muxtar respublikada ölkə və beynəlxalq səviyyəli yarışların keçirilməsinə, həmçinin beynəl­xalq səviyyəli yarışlarda muxtar respublika idmançılarının iştirakına şərait yaradılmalıdır.
Nazir vurğulayıb ki, adıçəkilən federasiya işini günün tələblərinə uyğun qurmayıb, yaradılan şəraitdən və infrastrukturun imkanlarından düzgün istifadə etməyib. İl ərzində idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin olunmayıb. Federasiyada peşəkar məşqçi-müəllimlərin və idmançıların hazırlanması işi aparılmayıb. Bunun nəticəsidir ki, federasiyada fərqlənən idmançı və məşqçi-müəllimlər yox dərəcəsindədir. Peşəkar məşqçi-müəllim və idmançıların olmaması federasiyanın muxtar respublikadan kənarda keçirilən yarışlarda iştirak etmə­məsinə səbəb olub. Fəaliyyətini gücləndirmək məqsədilə 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası öz strukturunu yenidən formalaşdırıb, federasiya sədri vəzifəsindən uzaqlaşdırılıb.
Yığıncaqda federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi oxunub.
Sonra Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4132839
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
868
4775
9999
96439
4132839

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter