25 Mart 2019, Bazar ertəsi

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Yığıncağı giriş sözü ilə açan Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov idmanın daha da inkişaf etdirilməsi və buraxılan nöqsanların aradan qaldırılması ilə bağlı federasiyalara da müvafiq tapşırıqlar verib.
Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən federasiyalardan biri də Yüngül Atletika Federasiyasıdır. Hazırda federasiyanın nəzdində iki klub və 7 rayon bölməsi fəaliyyət göstərir. Klub və bölmələrdə təşkil edilən 84 qrupda 695 idmançı təlimlərdə iştirak edir. Bunlardan 280-i qız, 415-i isə oğlandır. Klub və bölmələrdə idmançılarla 11 məşqçi-müəllim məşğul olur.
Diqqətə çatdırılıb ki, Yüngül Atletika Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə bütün idman yarışlarının yüksək səviyyədə hazırlanmasına və keçirilməsinə çalışıb. 2018-ci ili federasiya üçün uğurlu il hesab etmək olar. Belə ki, il ərzində federasiyanın idmançıları 1 beynəlxalq, 3 ölkə, 5 muxtar respublika əhəmiyyətli və 17 rayon birinciliyində öz qüvvələrini sınayıb və uğurlu nəticələr əldə ediblər. Federasiya qazanılan medalların sayına görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanı ilə təltif edilib, atletimiz Gülayə Cəfərova “İlin ən yaxşı gənc idmançısı”, Şamil Hüseynov isə “İlin ən yaxşı gənc məşqçisi” adlarına layiq görülüblər. Federasiyanın idmançılarından 3 nəfəri Azərbaycan yığma komandasının üzvlüyünə namizəd qəbul edilib, idmançılarımız və məşqçi-müəllimlərimiz üçün Azərbaycan Respublikası Atletika Federasiyasının peşəkar mütəxəssisləri tərəfindən treninq təlimləri keçirilib.

Rövşən Məmmədov qeyd edib ki, bütün bunlarla yanaşı, nöqsanlar da olub. Xüsusilə federasiyanın bölmələrinə cəlb edilən idmançıların sayının artırılması ilə bağlı əlavə tədbirlər görülməli, muxtar respublikada yüngül atletika idman növü üzrə kütləviliyə nail olmaq üçün təşviqat işləri daha da ­gücləndirilməlidir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, 2018-ci il ərzində ayrı-ayrı idman növləri üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, beynəlxalq turnirlərdə 84, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 1, Azərbaycan birinciliklərində 105 medal olmaqla, ümumilikdə, 195 medal qazanıblar. Cari ildə Yüngül Atletika Federasiyasının idmançıları Bakı şəhərində keçirilən oğlan və qızlar arasında yüngül atletikanın kross qaçışı üzrə Azərbaycan birinciliyində və Azərbaycan çempionatında, “Küləyə qalib gəl” devizi altında Bakı Marafonu beynəlxalq turnirdə iştirak ediblər. Ümumilikdə isə, federasiya idmançıları ölkə birinciliklərindən 22 müxtəlif əyarlı medal qazanıblar.
Federasiyanın sədr müavini İntiqam Rəhimov 2018-ci ildə görülən işlər barədə məlumat verdikdən sonra məşqçi-müəllimlərin fikir və təklifləri dinlənilib.
Sonra 2019-cu il üçün hazırlanmış tədbirlər planı imzalanıb. Eyni zamanda il ərzində uğur qazanan atletlər mükafatlandırılıb.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792111
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2497
1728
2497
56428
3792111

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter