13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Hindistanlı şahmat ustası, qadın qrossmeyster Tanya Saçdev deyir ki, şahmat  fiziki gücə deyil, daha yaxşı və sürətli hesablamaya, hiyləli ideyalara və gedişlərə, saatın səsi saniyələri göstərərkən əsəblərini nəzarət altında saxlamağa əsaslanır. Kənardan bu, bəzən sakit və səssiz görünə bilər, lakin daxildə – beyində isə bu, sirkə bənzəyir.

Bu gün muxtar respublikamızda da bu oyuna meyil göstərənlərin sayı yüzlərlədir. Şahmatın kütləviliyinin təmin olunması, inkişafı, şahmat məktəbləri üçün yeni binaların tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və peşəkar mütəxəssislərin formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Belə məktəblərdən biri də Ordubad Rayon Şahmat Məktəbidir. Məktəb 35 il bundan öncə fəaliyyətə başlayıb. 2011-ci il iyul ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Ordubad şəhərində şahmat məktəbi üçün yeni bina istifadəyə verilib. Burada müasir tədris şəraiti yaradılıb. Bunun nəticəsidir ki, son illər muxtar respublika şahmatçılarının ölkə miqyaslı yarışlarda, beynəlxalq turnirlərdə böyük uğurlar qazanırlar. Həmin uğurlarda bu məktəbin də payı var.

Rayon şahmat məktəbində bütün diqqətləri öz üzərinə çəkən gənc şahmatçılardan biri 12 yaşlı Hüseyn Seyiddir. 6 yaşından bu idman növü ilə məşğul olan Hüseynin uğur qazanmasında anası, peşəkar şahmat müəllimi Yeganə Əliyevanın da əməyi var. Eyni zamanda o, şahmat məktəbinin məşqçi­-müəllimləri Lamiyə Məmmədovadan, FİDE ustası Sabir Hüseynovdan və ustalığa namizəd Fətulla Həmdiyevdən də şahmatın incəliklərini öyrənib. Hüseyn Seyidin şahmatda gözəçarpan nailiyyətlər əldə etməsində Naxçıvan Şahmat Mərkəzinin məşqçi-müəllimi, şahmat üzrə beynəlxalq dərəcəli usta Talıb Babayevin əməyi isə daha böyükdür. Belə ki, bu növün bir sıra sirlərini Talıb müəllimdən öyrənməyə başlayan Hüseynin nailiyyətləri özünü çox gecikdirməyib. Qısa vaxt kəsiyində o, muxtar respublika daxilində, eləcə də ölkə üzrə keçirilən turnirlərdə uğurlu nəticələr əldə etməyə başlayıb. Xüsusilə 2014 və 2015-ci illərin yanvar aylarında Şəmkirdə keçirilən şahmat üzrə Azərbaycan çempionatının zona birinciliklərində 8 yaşadək olan şahmatçılar arasında 3-cü yerə layiq görülməsi dediklərimizi sübut edir. 2015-ci ildə 8 yaşlı şahmatçılar arasında Bakı şəhərində keçirilən final yarışında ikinci yeri tutan Hüseyn Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında iştirak etmək hüququ qazanıb. Elə həmin il Hüseyn 10 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final yarışlarında fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Ötən ilin may ayında Naxçıvan şəhərində keçirilən Beynəlxalq Şahmat Festivalında 12 yaşadək şahmatçılar arasında “C” qrupunda 156 şahmatçı arasında Hüseyn Seyid də qələbə uğrunda mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən yarışda şahmatçımız 9 turdan sonra 7,5 xal toplayaraq qrupun qalibi olub. Bu yarışdan bir neçə gün sonra isə Bakı şəhərində 10 yaşadək şahmatçılar arasında keçirilən yarışda gənc şahmatçımız yalnız əmsal fərqinə görə dördüncü yerlə kifayətlənib.
Hüseyn Seyid Bakı şəhərində görkəmli Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr edilmiş beynəlxalq şahmat turnirində əldə etdiyi uğurla hamının diqqətini cəlb etməyi bacarıb. Belə ki, bir çox adlı-sanlı şahmatçının iştirak etdiyi turnirdə o, bürünc medal qazanıb.
Qazandığı uğurlar isə onu şahmata daha çox bağlayıb və cari ildə uğurlarına bir neçəsini də əlavə edib. Belə ki, fevral ayında Mingəçevir şəhərində keçirilən 12 yaşadək şahmatçılar arasında Azərbaycan birinciliyinin zona yarışlarında ikinci olan idmançımız Bakı şəhərində keçirilən eyni yaş qrupundan olan şahmatçılar arasında final görüşlərində iştirak etmək hüququ əldə edib. Muxtar respublikamızda keçirilən məktəblilər arasında spartakiadada və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş şahmat üzrə muxtar respublika turnirində Hüseyn Seyid qalib adını qazanıb.
Göründüyü kimi, Hüseyn Seyid muxtar respublikamızda idmana göstərilən diqqət və qayğıdan bəhrələnərək böyük uğurlara imza atıb və bundan sonra da onun belə qələbələr qazanacağına əminik.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397664
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
659
5770
17494
56831
3397664

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter