13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş şahmat üzrə muxtar respublika turnirinə yekun vurulub.
Naxçıvan Şahmat Mərkəzində təşkil olunan turnirdə şəhər və rayonları təmsil edən 83 şahmatçı mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.
Turnirin son turu daha maraqlı olub. Belə ki, liderlər cədvəlində qərarlaşan beynəl­xalq qrossmeyster Urfan Sevdimalıyev (2386) və FİDE ustası Pərviz Qasımov (2303) müvafiq olaraq Sadiq Qarayev (1740) və Əli Məm­mədovla (1550) qarşılaşıblar. Bu tura kimi aktivlərində 7,5 xal olan hər iki zəka sahibi son turu da qələbə ilə başa vurub. Bununla da 8,5 xal toplayan şahmatçılar 1 və 2-ci yerləri bölüşüblər. Turnirin 2 nömrəli şahmatçısı, beynəlxalq usta Talıb Babayev (2333) son turda Ərturan İsmayılovu (1428) sınağa çəkib və qələbə qazanaraq 7 xalla turnirin üçüncüsü olub.
6,5 xal toplayan Elmar Süleymanlı, Sadiq Qarayev, Zahid Allahverdiyev və Tural Zeynalov 4-7-ci yerləri bölüşüblər.
Veteran şahmatçılar arasında Akif Əliyev (1536) 6,5 xalla qalib adını qazanıb.

Ən yaxşı qadın zəka sahibi adına isə Nəsrin Babayeva (1392) layiq görülüb. O, turnir ərzində 6 xal toplamağa müvəffəq olub.
Bununla yanaşı, turnirdə 4 yaş qrupu üzrə qaliblər (oğlan və qız şahmatçılar) mükafatlandırılıblar. Belə ki, 8, 10, 12 və 14 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Ramal Həsənov (1085), Zaur Babayev (1302), Seyid Hüseyn (1491) və Ərturan İsmayılov (1428) qalib adını qazanıblar.
Qızlar arasında isə Şahnaz Əlizadə (8 yaş), Nigar Qənbərli (10 yaş), Nəsrin Cəfərli (12 yaş, 1194) və Azərin Cəfərli (14 yaş, 1183) öz yaş qruplarında hamıdan güclü olublar.
Sonda qalib şahmatçılara hədiyyə və pul mükafatları təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397769
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
764
5770
17599
56936
3397769

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter