21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq keçirilən futbol üzrə XVII muxtar respublika çempionatında növbəti turun oyunları olub.
Mövsümə iddialı başlayan “Araz-Naxçıvan” futbol komandası geridə qalan turlarda məğlubiyyətsizlik seriyasını davam etdirib. İlk olaraq Şahbuzda “Batabat” komandasının qapısından 5 cavabsız top keçirən “qırmızı-ağlar” növbəti iki turda “Dübəndi” (Ordubad) və “Sədərək” (Sədərək) komandalarını qəbul edib. Hər iki komandanı “evə” xalsız yola salan Naxçıvan təmsilçisi 5 görüşdən sonra maksimum xalla turnir cədvəlinin lideridir. Eyni zamanda “Araz-Naxçıvan” cari mövsümdə qapısının toxunulmazlığını qoruyan yeganə komandadır.
Keçirilən növbəti 3 tur ərzində məğlub olmayan daha 3 komanda var: “Arpaçay”, “Babək” və Naxçıvan Dövlət Universiteti (NDU). Şərur təmsilçisi səfərdə “Dübəndi” komandasını məğlub etdikdən sonra (4:0) doğma arenada NDU komandası ilə qarşılaşıb. Gərgin keçən görüş 1:1 hesabı ilə başa çatıb. Bu görüşdə yaddaqalan digər məqam hakim tərəfindən göstərilən 4 qırmızı vərəqə olub. Növbəti görüşdə isə “Arpaçay” “Kəngərli” komandasını 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Babəkin eyniadlı komandası isə universitet komandası ilə səfər heç-heçəsindən (1:1) sonra “Əlincə” (Culfa) komandasını doğma arenada məğlub etməyi bacarıb. NDU komandası isə şahbuzlu həmkarları üzərindəki 3:0 hesablı qələbəyə seviniblər.
Hazırda turnir cədvəlində xal qazanmayan iki komanda var: “Batabat” və “Dübəndi”. Şahbuz təmsilçisindən fərqli olaraq ordubadlı futbolçular rəqib qapısından top belə, keçirə bilməyiblər.
Bombardirlər cədvəlinə isə “Araz-Naxçıvan”ın hücumçusu Vüsal Əliyev başçılıq edir. Onun aktivində 6 top var. “Qırmızı-ağlar”ın digər hücumçusu Tağı Seyidov və “Arpaçay”ın futbolçusu İbrahim Əliyev isə 5 topla ikinci və üçüncüdür.

III tur

“Əlincə” (Culfa)-“Sədərək” (Sədərək) 3:2
“Batabat” (Şahbuz)-“Araz-Naxçıvan” 0:5
“Dübəndi” (Ordubad)-“Arpaçay” (Şərur) 0:4
Naxçıvan Dövlət Universiteti-“Babək” (Babək) 1:1

IV tur
“Kəngərli”-“Əlincə” 2:2
“Sədərək”-“Batabat” 4:3
“Araz-Naxçıvan”-“Dübəndi” 3:0
“Arpaçay”-NDU 1:1

V tur
NDU-“Batabat” 3:0
“Babək”-“Əlincə” 3:1
“Arpaçay”-“Kəngərli” 6:1
“Araz-Naxçıvan”-“Sədərək” 5:0

Qeyd: “S” – sıra, “O” – oyun, “Q” – qələbə, “H” – heç-heçə, “M” – məğlubiyyət, “T/F” – top fərqi, “X” – xal.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299308
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3130
4291
11076
83954
3299308

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter