21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiadaya start verilib. 

İki gün davam edəcək spartakiada “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, şahmat, yüngül atletika, basketbol, həndbol və stolüstü tennis növlərini əhatə edir.
Naxçıvan Şahmat Mərkəzində isə zəka sahibləri birincilik uğrunda qüvvələrini sınayırlar. 8 komandalı yarışda 2005-2007-ci illər təvəllüdlü məktəbli şahmatçılar mübarizə aparırlar. Hər komandanın heyətində 5 oğlan və 4 qız zəka sahibi qüvvəsini sınayır. Yarış İsveçrə sistemi üzrə keçirilir.
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışın proqramına əsasən 9 komandanın idmançıları 100 metr məsafəyə qaçış, qumbaraatma, turnikdədartınma, 2000 metr məsafəyə kross qaçışı və pnevmatik silahdan 10 metr məsafəyə atış üzrə yarışlarda mübarizə aparırlar.

Basketbol üzrə keçirilən yarışlarda isə 4 komanda iştirak edir. Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən təşkil olunan yarış dövrə sistemi üzrə keçirilir.
Stolüstü tennis yarışlarında 7 komanda birincilik uğrunda mübarizə aparır. 2001-2003-cü illər təvəllüdlü məktəblilərin mübarizəsində hər komandanın heyətində 3 oğlan və 3 qız tennisçi var. Yarış olimpiya sistemi üzrə keçirilir.
Yüngül atletika yarışının proqramına əsasən 2001-2003-cü illər təvəllüdlü oğlan və qızlar birincilik uğrunda mübarizə aparırlar. Hər komandanın heyətində 6 oğlan və 6 qız məktəbli iştirak edir. Onlar 100 və 400 metr məsafədə finiş xəttini birinci keçməyə çalışacaqlar.
Spartakiadada həndbol üzrə qızların yarışında isə 5 komanda mübarizə aparır. Hər komandanın heyətində 14 məktəbli iştirak edir.
Qeyd edək ki, spartakiadaya bu gün yekun vurulacaq və qaliblər İlham Əliyev adına Olimpiya-İdman Kompleksində mükafatlandırılacaqlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299228
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3050
4291
10996
83874
3299228

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter