24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

18 oktyabr – Müstəqillik Günü münasibətilə tələbələr arasında ekstremal yürüş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Uzunoba Su Anbarı ətrafında təşkil olunan birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışda oğlanlar 3, qızlar isə 2 kilometr məsafəni qət etməyə çalışıblar.
Yarışın yekun nəticəsinə əsasən oğlanlar arasında “Naxçıvan” Universitetinin tələbəsi Abbas Babayev finiş xəttinə hamıdan tez çatıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri – Əkbər Mehdiyev və Fərid Qasımov ikinci və üçüncü olublar.
Qızların mübarizəsində isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Gülayə Cəfərova qalib adını qazanıb. İlkanə Babayeva (Naxçıvan Dövlət Texniki Kolleci) və Dünya Əmrahlı (Naxçıvan Tibb Kolleci) digər pillə­lərdə qərarlaşıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014247
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3681
4800
21737
96629
4014247

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter