25 May 2019, Şənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki “N”hərbi hissənin təlim-məşq meydanında payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi ­keçirilib.
Yarışda 14 tam orta məktəbin komandası iştirak edib. Reqlamentə əsasən komandalar 100 və 2000 metr məsafəyə qaçış, qumbaraatma və turnikdədartınma növlərində güclərini sınayıblar.
Yarışın yekununa əsasən 662 xalla 9 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 519 xalla 16 nömrəli tam orta məktəbin komandası ikinci, 515 xalla 15 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə təltif ediliblər.
Qeyd edək ki, 9 nömrəli tam orta məktəbin komandası oktyabr ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcək.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014309
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
6
3737
21799
96691
4014309

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter