12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızın şəhər və rayonlarında 50-dən çox idman obyekti fəaliyyət göstərir. Yaradılan müasir idman infrastrukturu burada beynəlxalq yarışları yüksək səviyyədə keçirməyə imkan verir, idmançılarımız üçün yaradılan şərait onların beynəlxalq arenalarda uğur qazanmasına yol açır. Bu, muxtar respublikamızda idmana göstərilən qayğının nəticəsidir.
Naxçıvanda yenilə­­şən id­man obyektlərindən bi­­ri də Culfa Rayon Mər­­kə­­­­zi Stadionudur. Naxçı­van Mux­­­tar Respublikası ­­Ali Məc­lisi Sədrinin tapşırığına əsa­­­­­­sən muxtar respublikanın Gənc­­­lər və İdman Nazirliyi tə­rəf­indən rayon mərkəzi stadionunun yenidən qurularaq gənc­lərin istifadəsinə verilməsi muxtar res­publikamızda idmanın inkişafına növ­bəti töhfə olacaq.
Stadion müasir standartlara cavab verə biləcək şəkildə təmir olunur, ətrafındakı çəpərlər boyanır. Həmçinin stadionun ətrafındakı bordürlər yenilənir, tamaşaçılar üçün nəzərdə tutulan səkilərə kilid daşlar döşənilir. Uzunluğu 100, eni isə 60 metr olan təbii ot örtüklü stadion ərazisində 80 nəfərlik oturacaqlar quraşdırılacaq. Bununla yanaşı, stadionun ərazisində voleybol və basketbol, mini-futbol meydançaları, ehtiyat oyunçular üçün kabinlər də inşa ediləcək. Eyni zamanda burada sadə idman qurğuları quraşdırılacaq, qaçış və uzunluğa tullanma yarışlarının keçirilməsi üçün zolaq salınacaq.
Qeyd edək ki, stadionun sulama sistemi də yenidən bərpa olunur və su nasosları yeniləri ilə əvəzlənir.
Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3391332
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
97
5851
11162
50499
3391332

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter