25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu gün Naxçıvan Muxtar Respublikasında gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı olması, idmanın maddi-texniki bazasının gücləndirilməsi, idman qurğuları və obyektlərinin tikilib istifadəyə verilməsi isə gənclərin bədən tərbiyəsi və idmana marağını gündən-günə artırır. Naxçıvanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış nəticələr də təsdiqləyir – diyarımızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. 

 Son 20 ildə muxtar respublikada idmanın inkişaf etdirilməsi məqsədilə ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılıb. Federasiyalar yarandığı gündən etibarən Naxçıvanın idman ənənələrini layiqincə təmsil edir, müxtəlif turnirlərdə uğurlu çıxışlarla göstərilən diqqət və qayğının əbəs yerə olmadığını sübut edirlər. Bəs federasiyalar növbəti idman mövsümünə necə hazırlaşırlar? Sualı federasiyaların sədr müavinləri belə cavablandırdı.

Şahmatçılarımız yay ərzində Türkiyədə keçirilən beynəlxalq turnirlərdə iştirak ediblər. Federasiyanın sədr müavini Emin Hacıyev bizimlə söhbətində dedi ki, zəka sahiblərimizi qarşıda bir neçə turnir gözləyir. Xüsusi olaraq isə hər hansı təlim-məşq toplanışı keçirməmişik. Etiraf edək ki, yaradılan şəraitdən səmərəli istifadə edilməyib və bir sıra nöqsanlara yol verilib. Beynəlxalq və ölkədaxili yarışlarda muxtar respublikanın bütün rayonlarının iştirakı arzuolunan səviyyədə olmayıb. Uzun müddətdir ki, açıq birinciliklər, təlim-məşq toplanışları keçirilmir. Bunlar olmadıqda isə istedadlı gənc idmançıları üzə çıxarmaq mümkün deyil. Federasiya­ya idmançılara daha yaxın olan və onlara qayğı ilə yanaşan yeni sədr seçildikdən sonra bu idman növünün muxtar respublikada daha geniş yayılacağına, kütləvi hala gələcəyinə əminik.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası məşqlərə ara vermədən yeni mövsümə hazırlaşır. Bu müddət ərzində federasiya üzvləri bir sıra beynəlxalq turnirlərdə iştirak ediblər. Federasiyanın sədr müavini bizimlə söhbətində keçirilən təlim-məşqlər barədə bunları dedi: “Yayın ilk ayından etibarən idmançılarımızla təlim-məşqlərə başlamışıq. Məqsədimiz qarşıdakı yarışlarda idmançıların fiziki göstəricilərini daha da yaxşılaşdırmaqdır. Bakı şəhərindən dəvət olunmuş məşqçi-müəllim tərəfindən təlim-məşq prosesi keçirilib və kəmər imtahanları olub. Eyni zamanda qız bölməmizə müraciət edənlərin sayı çoxalıb”.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası xüsusi olaraq ­təlim-məşq toplanışı keçirməyib. Federasiyanın sədr müavini Məmməd­cəfər Əliyev bildirdi ki, növbəti aydan etibarən bir neçə yarış təşkil ediləcək. Bu yarışlardan öncə is­tedadlı dəri əlcək sahibləri toplanacaq və ümumi halda təlim-məşq toplanışı keçiriləcək. Həmçinin toplanışlar zamanı yarışlarda hansı boksçuların mübarizə aparacağı məlum olacaq.
Güləş Federasiyası da hər hansı xüsusi təlim-məşq toplanışı keçirməyi nəzərdə tutmayıb. Buna səbəb isə güləşçilərin məşqlərə ara verməməsi­dir. Federasiyanın sədr müavini Faiq İsgəndərovun dediklərindən: “Xüsusi bir təlim-məşq toplanışı olmayacaq. Çünki idmançılarımız daim məşqlərə qatılıblar. Adətən, yarışlardan öncə təlim-məşq toplanışı keçiririk. Yay aylarında idmançılara fiziki yükləmələr daha çox olur. Səbəbi onların qarşıdakı turnirlərdə göstəricilərinin yaxşı olması ilə əlaqədardır. Cüdo üzrə isə seminar və təlim-məşq toplanışı keçirilir. Belə ki, Bakıdan dəvət olunmuş Tərlan Poladov və Vüsal Cəfərov tərəfindən məşqçi-müəllimlər və idmançılar üçün təlim-məşq prosesi təşkil edilib”.
Kikboksinqçilərimiz də mövsümə ciddi hazırlaşırlar. Federasiyadan verilən məlumata görə, idmançılar hər gün müəyyən edilmiş qruplarda məşq proseslərini davam etdirirlər. Ötən il olduğu kimi Bakıdan mütəxəssislər dəvət edilir və onlar bu idman növü ilə məşğul olmaq istəyənlərin püxtələşməsində müstəsna rol oynayırlar.
Naxçıvan Muxtar Respublikasının voleybol komandası hazırda Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşqlərini davam etdirir. Bu barədə federasiyanın sədr müavini Aydın Mirzəyev məlumat verdi.
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası isə təlim-məşq toplanışı keçirməyəcək. Qurumun sədr müavini Abdulla Hüseynov bildirdi ki, federasiya olaraq yalnız yoldaşlıq görüşləri təşkil edilib. Həmin görüşlər təkcə Naxçıvan şəhərində deyil, rayonlarda da keçirilir. Növbəti belə görüş oktyabr ayında olacaq.
Futbol Federasiyasının futbol üzrə keçirilən Naxçıvan Muxtar Respublika çempionatında iştirak edəcək komandaların bəziləri hazır­lıqlara başlayıblar və yoldaşlıq görüşlərində qüvvələrini sınayırlar.
Yüngül Atletika Federasiyasının planında xüsusi təlim-məşq toplanışı keçirmək yoxdur. Federasiyanın sədr müavini İntiqam Rəhimov bildirdi ki, hər zaman olduğu kimi, bu yay da plana uyğun olaraq məşqlər keçirilir, idmançılar yarışlara hazırlanır. Məqsəd isə istedadlı gəncləri üzə çıxarmaq və ölkə birinciliklərinə tam hazır formada yollamaqdır.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədr müavini Fərhad Əliyev qurumun gördüyü işlərdən danışdı: “Atıcılıq Mərkəzində idmançılar daim məşq edirlər, burada yarışlar, turnirlər keçirilir. Qızların da bu idman növünə cəlbi üçün çalışırıq. Hazırda 450-dən çox idmançımız var və onlar arasında istedadlıları üzə çıxarmaq üçün hər həftə stend, tir və ox atıcılığı üzrə təlimlər keçirilir”.
Hava və Ekstremal İdman Növləri Federasiyasının iş planında da ­təlim-məşq toplanışı var. Federasiyanın sədr müavini Azər Məmmədov qeyd etdi ki, keçirdiyimiz turnirlər, adətən, rayonlarda təşkil olunur. Yarışlardan sonra təlim-məşq toplanışı nəzərdə tutulur. Bu, sentyabr ayının sonlarına təsadüf edəcək.
Paralimpiya Federasiyasında isə keçirilən yarışlarla yanaşı, təlim-məşq toplanışı da olub. Belə ki, federasiyanın dəvəti ilə aprel ayında məşqçilər gəliblər. Federasiyanın sədr müavini Vüqar Məmmədov bildirdi ki, son üç ay ərzində idmançılar üçün təlim-məşqlər təşkil olunub. Belə ki, Naxçıvan şəhəri ilə yanaşı, Şərur və Sədərək rayonlarında üzgüçülük və stolüstü tennis növləri üzrə təlimlər keçirilib. Eyni zamanda fiziki imkanları məhdud uşaqlar üçün muxtar respublikanın bütün şəhər və rayonlarında qolbol idman növü üzrə məşqlər təşkil olunur.
Görülən işlər muxtar respublikada fəaliyyət göstərən federasiyaların qarşıya qoyulmuş vəzifələri hansı səviyyədə yerinə yetirdiklərinin göstəricisidir. Qarşıdakı idman mövsümündə əldə ediləcək nəticələr bunu bir daha ortaya qoyacaq.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064563
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3169
4327
7496
115894
3064563

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter