15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Futbolun dəqiq harada və nə vaxt yarandığı məlum deyil. Ayaqla top oyunu qədim Şərq xalqlarına məlum idi və Antik dövrün ölkələri olan Yunanıstan və Romada geniş yayılmışdı. XVI əsrin ortalarında İngiltərədə qədim və indiki futbola oxşayan oyunlar çox məşhur olub. Qaydalara uyğun ilk oyun 1681-ci ildə keçirilib. Həmin oyunda kralın komandasının məğlub olmasına baxmayaraq, o, rəqib komandanın oyunçularını mükafatlandırıb. XIX əsrin əvvəllərinə qədər ingilis komandalarında oyunçuların sayına hər hansı məhdudiyyət qoyulmayıb, əsas məqsəd qələbə çalmaq olub. Futbolun yalnız ayaqla oynanılmasının tərəfdarı olan 11 nəfər 13 bənddən ibarət qaydaları işləyib hazırlayıb. 1863-cü il dekabrın 1-də həmin qaydalar qəzetlərdə dərc edilib. Və beləcə, futbol “dünyaya gəlib”. Bu gün futbol bütün dünyada yayılmış idman növüdür.

Azərbaycan futbolunun 102 yaşı var

İki il bundan öncə, 2011-ci ildə Azərbaycanda futbolun yaranmasının 100 illiyi qeyd edildi. Daha dəqiq desək, həmin il iyunun 6-da Azərbaycan futbolunun 100 yaşı tamam oldu. Qeyd edək ki, bir sıra ölkələrin futbol tarixi oyunun həmin ölkəyə gəldiyi vaxtdan hesablanır. Amma tarixinin ilk çempionatdan, yaxud yoldaşlıq görüşü xarakterli ilk matçın təşkilindən götürüldüyü ölkələr daha çoxdur və Azərbaycan da bu sıradadır. Tarixi qaynaqlara istinad etsək, bəlli olar ki, Azərbaycana futbol 1911-ci ildə, yəni “kəşf”indən 48 il sonra gəlib. Amma bizdə futbolla tanışlıq 1911-ci ildən öncə – XX yüzilin lap əvvəllərindən başlayır və bunu o dövrün mətbu orqanlarında, Bakıda, Tiflisdə çıxan qəzetlərdəki yazılar da sübuta yetirir. Lakin futbol kollektivlərinin rəsmi təsdiqlənməsi və onların iştirakı ilə mütəmadi oyunlar prosesi məhz 1911-ci ildən başladığı üçün milli futbolumuzun tarixi də o ildən hesablanır. 1967-ci ildə Naxçıvanda yaradılan “Araz” komandası da adını Azərbaycan futbol tarixinə yazdıra bilib. 1968-ci ildə SSRİ birinciliyinin “B” qrupunda mübarizə aparıb. “Araz” 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının “A” qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu komandanın ilk baş məşqçisi “Neftçi” komandasının məşhur futbolçusu Tofiq Axundov idi. “Araz” Vaqif Sadıxov, Oqtay Abdullayev, Novruz Əzimov, Maşallah Əhmədov, İlqar Hüseynov, Asim İbrahimov, Ceyhun Hüseynov kimi tanınmış futbolçular yetişdirib. İndi bu futbolçuların əksəriyyəti Azərbaycanın sayılıb-seçilən futbol mütəxəssisləridir. Komanda ən yaxşı nəticəni SSRİ birinciliyinin “A”qrupunda Aşqabadda göstərib. SSRİ dağıldıqdan sonra “Araz” fəaliyyətini dayandırıb. 2001-ci ildə komanda yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu, uzun çəkməyib. 2002-ci ildə “Araz” yenidən fəaliyyətini dayandırıb. Beləliklə də, Naxçıvan peşəkar futbolla vidalaşıb.

11 ildən sonra peşəkar futbola qayıdış

Bu ilin mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirədə muxtar respublika rəhbəri “Araz” klubunun yaradılması haqqında tapşırıq verib. Və beləliklə də, Naxçıvana peşəkar futbolun qayıtmasının təməli qoyulub. Bu iş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasına həvalə edilib. Adıçəkilən qurumlar tərəfindən yeni komandanın formalaşdırılması istiqamətində konkret addımlar atılıb, komandaya yeni baş məşqçi cəlb olunub. Baş məşqçi ən son “Turan” komandasının məşqçisi olmuş veteran futbolçu Əsgər Abdullayevdir. Hazırda Əsgər Abdullayev və fiziki hazırlıq üzrə məşqçi, milliyyətcə gürcü olan Yevgeni Qurqadze Şərur Olimpiya İdman Kompleksində “Araz” komandasına oyunçu seçimi ilə məşğuldurlar.

Futbolun yenidən canlanması sevindiricidir

Komandanın baş məşqçisi Əsgər Abdullayev deyir ki, ilk dəfə burada gördüklərim məni müsbət mənada təəccübləndirdi. Naxçıvanda müasir idman bazaları, stadionlar, komplekslər var. Burada yaxşı komanda formalaşdırmaq üçün hər cür şərait yaradılıb. AFFA-nın əsasnaməsinə görə, komandaya 21 yaşa qədər olan 8 futbolçu alına bilər. Üç oyunçu üçün isə yaş məhdudiyyəti qoyulmur. Ayın əvvəllərindən başlayaraq komandanın seçimlərinə başlamışıq və qarşıya məqsəd qoymuşuq ki, iyunun son ongünlüyünədək bu işi başa çatdıraq. Yeni komanda formalaşdırıldıqdan sonra məşqlərə davam edəcəyik. Növbəti mövsümdən birinci divizionda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. “Araz” ev oyunlarını Naxçıvan şəhərində yerləşən muxtar respublika stadionunda keçirəcək. Hazırda burada əsaslı yenidənqurma işləri aparılır. Biz birinci divizionda yaxşı nəticə göstərməyə çalışacağıq. Əgər şərait varsa, niyə də elitada oynamayaq? Əsas hədəfimiz böyük futbolu Naxçıvana qaytarmaq olacaq. Bizə yerli azarkeşləri sevindirmək lazımdır. Klubun əsas heyətinin yerli oyunçulardan təşkil olunmasına isə xüsusi üstünlük verəcəyik.
“Naxçıvanda futbolun inkişafı alqışa layiqdir”. Bunu “Araz” komandasının keçmiş oyunçusu Səməd Hacıyev bizimlə söhbətində dedi. Veteran futbolçu bildirdi ki, muxtar respublikada idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Yəqin çoxları bu fikirlə razılaşar ki, Naxçıvanda heç zaman idmana və idmançılara son 17 ildə olduğu qədər bu cür yüksək diqqət, qayğı göstərilməyib. “Araz” komandasının bərpasına gəldikdə isə, bunu demək olar ki, doğma komandanın ilk oyununu görmək böyük xoşbəxtlikdir. Nəhayət ki, tribunalardan yenidən azarkeşlərin alqış sədaları eşidiləcək, minlərlə insan doğma Naxçıvanımızın futbol komandasının oyununu izləmək üçün stadionlara axışacaq.
“Araz” komandasının veteran oyunçularından Cəlil Fətullayev, Arif Xudiyev, Hafiz Əliyev, İbrahim Rzayevlə söhbət zamanı da Naxçıvanda yenidən peşəkar futbol klubunun yaradılmasının qürurverici hal olduğu vurğulandı, “Araz”ı ən parlaq qələbələr gözlədiyi dilə gətirildi. Qeyd edildi ki, muxtar respublikada idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Artıq neçə vaxtdır ki, Naxçıvanda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif növlər üzrə keçirilən mötəbər yarışlara qatılaraq uğurlu nəticələr göstərirlər. Naxçıvan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilib. Muxtar respublika rəhbərinin idmançılarımıza mənəvi və maddi dəstək göstərməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. “Araz” komandasının yenidən təşkil edilməsi idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Hər bir yerli futbolçu üçün qələbəyə gedən yol “Araz”dan keçir

Sonda onu da qeyd etmək istərdik ki, “Araz” komandasının yenidən peşəkar futbola qayıdışı Naxçıvan idmanının qələbəsidir. Artıq bütün idman növlərində olduğu kimi, bu idman növündə də ümidsizlik ola bilməz. Yəni bu gün öz məhəlləsində, məktəbin futbol sahəsində və ya digər “yaşıl sahələrdə” futbol oynayan, bu idman növünə böyük həvəsi olan, top dalınca qaçmağı sevən və futbolu öz həyatının ayrılmaz parçasına çevirən hər bir uşaq üçün yol açıqdır. Bu yolun sonu “Araz”da da ola bilər, dünyanın ən məşhur klublarında da. Ancaq bir şey dəqiqdir ki, bu yol nə olursa-olsun, “Araz”dan keçəcək. Futbol həvəskarlarına isə onu deyə bilərik ki, biz öz klubumuzu sevməli, oyunlara xüsusi diqqət göstərməliyik. Çünki yeni mövsümdə İ.X.Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunda öz komandamız oynayacaq, başqa bir əcnəbi komandanın deyil, doğma komandamızın azarkeşliyini edəcəyik.

Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275711
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1153
4179
13480
60357
3275711

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter