24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, həmçinin Kikboksinq federasiyalarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə beynəlxalq peşəkar turnir keçiriləcək.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçiriləcək turnirdə Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan idmançıları ilə yanaşı, Naxçıvan kikboksinqçiləri də rinqə çıxacaqlar.
Dünən peşəkar turnir öncəsi mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə, Azərbaycan artıq regionda və dünyada idman ölkəsi kimi şöhrət qazanıb. Təsadüfi deyil ki, bu gün ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif yarışlar, idman tədbirləri keçirilir. Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və dünya dövlətləri arasında böyük nüfuz qazanmasından xəbər verir.

Adil Əliyev vurğulayıb ki, gündən-günə gözəlləşən Naxçıvan Muxtar Respublikasında da idman sahəsinə xüsusi qayğı və diqqət göstərilir. Muxtar respublikada mövcud olan ən müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə şərait yaradıb. Təbii ki, bunların hamısı qədim diyarın idman məkanı kimi böyük şöhrət qazanmasına səbəb olub. Kikboksinq üzrə beynəlxalq peşəkar turnirin də yüksək səviyyədə keçirilməsi üçün burada hər cür şərait var. Fürsətdən istifadə edərək turnir iştirakçıları adından muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu gözəl məkanda bundan sonra da böyük turnirlər, yarışlar təşkil olunacaq, idmançılarımız qələbələr qazanmaqla bizləri sevindirəcəklər.
Konfransda çıxış edənlərdən Olqa Pavelenko (Ukrayna), Salih Kayıcı (Türkiyə), Koça Javakia (Gürcüstan), həmçinin Belarus, Rusiya, Azərbaycan Kikboksinq federasiyalarının nümayəndələri turnirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov isə çıxışında qonaqları Naxçıvanda görməkdən məmnun olduqlarını bildirib və turnir iştirakçılarına uğurlar ­arzulayıb.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058524
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1457
4261
1457
109855
3058524

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter