21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən final qarşılaşmasında “Araz-Naxçıvan” və Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəliblər.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda idman ənənələrinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İdman həm ölkənin şöhrətini ucaldan, həm də insanların sağlamlığına xidmət edən bir sahədir. Bu gün Azərbaycan dünyada idman ­ölkəsi kimi tanınır. Bu sahədə həyata keçirilən dövlət siyasəti nəticəsində muxtar respublikamız mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada gənclərlə iş müasir dövrün tələbləri səviyyəsində qurulub, güclü idman infrastrukturu yaradılıb.

Azad Cabbarov vurğulayıb ki, Naxçıvanda bütün idman növləri kimi, futbolun da inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə yeni-yeni nailiyyətlər əldə olunur. Muxtar respublikanın təkcə şəhər və rayon mərkəzlərində deyil, həmçinin kəndlərində də gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün idman zalları, meydançalar tikilir. Məqsəd yeniyetmə və gənclərin sağlam böyüməsi üçün onları idmana daha fəal cəlb etməkdən ibarətdir.
Nazir hər iki komandanı həlledici qarşılaşmada gözəl və baxımlı oyun sərgilədiklərinə görə təbrik edib.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxışında qeyd edib ki, bu gün yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə geniş imkanlar açır. Son illər Naxçıvan Muxtar Respublikasında da bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən dövlət qayğısı nəticəsində idmançılarımız ölkədaxili və beynəlxalq turnirlərdə mütəmadi olaraq uğurlar əldə edirlər. Dövlətimizin gənclərə və idmana göstərdiyi diqqət nəticəsində muxtar respublikada yeni idman qurğuları tikilərək gənclərimizin istifadəsinə verilib. Təqdirəlayiq haldır ki, bir çox kəndlərimizdə də futbolun inkişafı üçün hərtərəfli şərait yaradılıb.
Oyuna gəlincə, 90 dəqiqəsi qolsuz başa çatan görüşün əlavə vaxtında “Araz-Naxçıvan” komandası rəqib qapısından üç qol keçirib və “Heydər Əliyev kuboku” turnirinin qalibi olub.
Sonda hər iki komandaya diplom, kubok və hədiyyələr təqdim edilib.

  Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3048201
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3962
5665
25433
99532
3048201

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter