22 İyul 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında 4-cü tura yekun vurulub.
“A” qrupunun liderləri bu turda da üz-üzə gəliblər. Belə ki, azərbaycanlı qrossmeysterlər Eltac Səfərli (2657), Nicat Məmmədov (2602) və Fərid Abbasov (2531) 4-cü turda müvafiq olaraq ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589), almaniyalı qrossmeyster İqor Xenkin (2557) və israilli qrossmeyster İlia Smirinlə (2592) qarşılaşıblar. Hər üç görüş heç-heçə başa çatıb. Qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni (2390) isə bu turda belaruslu qrossmeyster Aleksey Aleksandrovu (2594) məğlub edib. Azərbaycanlı qrossmeysterlərdən Qədir Hüseynov da (2654) beynəlxalq usta Vüqar Əsədlidən (2470) üstün olub. Turnirin ən reytinqli şahmatçısı, ukraynalı qrossmeyster Anton Korobov bu turda da heç-heçə edib. O, bu dəfə gürcüstanlı beynəlxalq usta İrakli Beradze (2486) ilə xalları yarı bölüb.
Naxçıvanlı zəka sahiblərindən Urfan Sevdimalıyev (2397) iranlı qrossmeyster Mitra Hejazipurla (2283) xalları yarı bölüb. FİDE ustalarımız Pərviz Qasımov (2329) və Sadiq Məmmədov (2293) müvafiq olaraq azərbaycanlı beynəlxalq ustalar Nail Bəşirli (2374) və Məhəmməd Muradlı (2417) ilə görüşüblər. Hər iki şahmatçımız ağ-qara taxtanı məğlub tərk ediblər. Beynəlxalq usta Toğrul Həsənzadə (2350) isə İran şahmatçısı Purmosavi Seyid Kiani (2230) üzərində qələbə qazanıb.
Hazırda turnir cədvəlinə 3,5 xalla qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni başçılıq edir. Onu 3 xalla 10 zəka sahibi ­izləyir.

Beynəlxalq Şahmat Festivalının “B” qrupunda 48 görüş keçirilib ki, onların da 20-də ağ fiqurlarla mübarizə aparan zəka sahibləri qalib gəliblər. 19 görüşdə qara fiqurlarla oynayan şahmatçılar qələbə qazandığı halda, 9 görüş “sülh”lə başa çatıb. Hazırda bu qrupda 3 şahmatçı – Samir Davidov (2216, Xaçmaz), Təbriz İdrisov (2206, Bakı) və Şahin Hüseynov (2182, Bakı) 4 xalla turnir cədvəlinə başçılıq edirlər.
“C” qrupunun liderlərindən olan naxçıvanlı şahmatçılardan İlkin Qabulov (1328) və Sadiq Abbasov (1312) bu turda rəqibləri ilə “sülh” bağlayıblar. Ümumiyyətlə, 4 turdan sonra hazırda turnir cədvəlinə 4 zəka sahibi maksimum xalla başçılıq edir.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2764150
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
216
4900
31201
105389
2764150

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter