17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı davam edir.
“A” qrupunda keçirilən üçüncü turun oyunlarında liderlər üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2657) belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2594) qarşılaşıb. Rəqiblərin qarşılaşması heç-heçə başa çatıb. Azərbaycanlı qrossmeysterlərdən Qədir Hüseynov (2654) və Nicat Məmmədovun (2602) da görüşü “sülh”lə başa çatıb. Ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589) bu turda türkiyəli qrossmeyster Sanal Vahapı (2505) məğlub etməklə liderlər sırasında qərarlaşıb. İsrailli qrossmeyster İlia Smirin (2592) və almaniyalı qrossmeyster İqor Xenkin (2557) də bu turu qələbə ilə başa vuran şahmatçılardır. Onlar müvafiq olaraq portuqaliyalı qrossmeyster Luis Qaleqo (2477) və azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlını (2417) məğlub ediblər. Qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni (2390) isə yunanıstanlı qrossmeyster Vasilios Kontroniasdan (2518) üstün olub.

Naxçıvanlı zəka sahiblərindən qrossmeysterimiz Urfan Sevdimalıyev (2397) qrossmeyster Fərid Abbasovla (2531), FİDE ustamız Pərviz Qasımov (2329) beynəlxalq usta Abdulla Qədimbəyli (2419), beynəlxalq usta Toğrul Həsənzadə (2350) isə İran şahmatçısı, qrossmeyster Mitra Hejazipur (2283) ilə qarşılaşıb. Hər üç şahmatçımız ağ-qara taxtanı məğlub tərk edib. Ağ fiqurlarla mübarizə aparan FİDE ustası Sadiq Məmmədov (2293) isə iranlı beynəlxalq usta Tahbaz Araşla (2451) “sülh” bağlayıb.
Hazırda turnir cədvəlinə 8 zəka sahibi 2,5 xalla başçılıq edir.
“B” qrupunda naxçıvanlı zəka sahibi Sadiq Qarayevin (1530) liderliyi davam edir. İdmançımız üçüncü turda Bakı şahmatçısı Emin Novruzovu (1855) məğlub edib. Ümumiyyətlə, bu qrupda 10 zəka sahibi 3 görüşdən maksimum xal toplayıb.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda da naxçıvanlı şahmatçıların liderliyi davam edir. Belə ki, Nazlı Hümbətova, İlkin Qabulov, Elçin Rza və Sadiq Abbasov keçirdikləri hər üç görüşdə ağ-qara taxtanı qalib tərk ediblər. Hazırda bu qrupda 13 şahmatçının 3 xalı var.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149515
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
979
4297
9680
64062
3149515

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter