21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalına start verilib.
Festival çərçivəsində zəka sahibləri 3 qrupda mübarizə aparacaqlar. Reqlamentə əsasən beynəlxalq festivalda güclülərin (“A” qrupu), əmsalı az olanların (“B” qrupu) və uşaqların (“C” qrupu) yarışı keçiriləcək. Artıq festivalın “A” qrupunda iştirak etmək üçün 58 şahmatçı mübarizəyə qoşulub. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, partiya başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılır.
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının ilk turu artıq yekunlaşıb və nəticələr məlum olub.
“A” qrupunda 15 ölkənin – Ukrayna, Belarus, İsrail, Hollandiya, Almaniya, İspaniya, İran, Belçika, Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan, Portuqaliya, Qazaxıstan və Azərbaycanın 58 zəka sahibinin gərgin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Turnirin ən iddialı iştirakçısı, eyni zamanda yarışın ən yüksək reytinqli şahmatçısı, ukraynalı qrossmeyster Anton Korobov (2678-beynəlxalq əmsal) azərbaycanlı beynəlxalq usta Nail Bəşirli ilə (2374) qarşılaşıb və görüş “sülh”lə başa çatıb. Azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli ikinci şahmatçısı Eltac Səfərli (2657) isə ilk turda azərbaycanlı qrossmeyster Sərhan Quliyevin (2373) müqavimətini qıra bilib. Turun ən maraqlı qarşılaşması isə azərbaycanlı qrossmeysterlər – Qədir Hüseynovla (2654) Zeynəb Məmmədyarova (2367) arasında olub. Görüş birincinin qələbəsi ilə yekunlaşıb. Yarışın ən reytinqli 4-cü şahmatçısı, azərbaycanlı qrossmeyster Nicat Məmmədov (2602) beynəlxalq usta Gülnar Məmmədovaya (2360) şans tanımayıb.

“A” qrupunda Naxçıvan Muxtar Respublikasını 4 zəka sahibi təmsil edir. Qrossmeyster Urfan Sevdim­alıyev (2397) Elmar Atakişiyevi məğlub etməyi bacarıb. Beynəlxalq usta Toğrul Həsənzadə (2350) isə ilk turda belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2594) bacarmayıb. FİDE ustamız Pərviz Qasımov (2329) almaniyalı qrossmeyster İqor Xenkinlə (2557) görüşdə ağ-qara taxtanı məğlub tərk edib. Yeni FİDE ustamız Sadiq Məmmədov (2293) isə yunanıstanlı qrossmeyster Vasilios Konroniasla (2518) heç-heçə etməyi bacarıb.
Əmsalı nisbətən aşağı olan şahmatçıların mübarizə apardığı “B” qrupunda isə ölkənin müxtəlif regionlarından 98 zəka sahibi qüvvəsini sınayır. İlk turdan sonra 45 şahmatçı maksimum xal toplayaraq turnir cədvəlinə liderlik edirlər.
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının “C” qrupunda 146 şahmatçı qüvvəsini sınayır ki, onların da 55-nin beynəlxalq əmsalı 1000-dən çoxdur. İlk iki turdan sonra 68 şahmatçı maksimum xal toplamağa nail olub.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3048160
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3921
5665
25392
99491
3048160

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter