21 İyul 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Gənclər və İdman, Təhsil ­nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında növbəti iki turun oyunları keçirilib.
Son çempion – “Araz-Naxçıvan” iddialı çıxışını davam etdirib. Belə ki, “qırmızı-ağlar” ilk olaraq 12-ci turda “Babək” komandasının qonağı olub. Rəqibi 4:1 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi 13-cü turda da uğura imza atıb. Bu dəfə onlar doğma arenada turnir cədvəlində ən yaxın izləyiciləri Naxçıvan Dövlət Universitetinin (NDU) komandasını məğlubiyyətə uğradıblar – 5:0. Bununla mövsüm ərzində 13-cü ardıcıl qələbəsini qazanan “Araz-Naxçıvan” çempionluğa bir addım da yaxınlaşıb.
Hazırda turnir cədvəlinin ikinci pilləsi uğrunda kəskin mübarizə gedir. NDU-nun komandası “Araz-Naxçıvan”la görüşdə məğlub olaraq bir qədər işini çətinə salıb. Lakin Şahbuzun “Batabat” komandası üzərində qələbə tələbələri ruhlandırıb. “Əlincə” komandası isə bundan maksimum istifadə edib. Belə ki, Culfa təmsilçiləri əvvəlcə doğma arenada Sədərək futbolçularını büdrədiblər – 4:0. Növbəti turda isə onlar üç xalı “Batabat” komandasını məğlub etməklə əldə ediblər – 1:3.

“Dübəndi” komandası isə mövsüm ərzində 5-ci qələbəsini qazanıb. Onlar Kəngərlinin eyniadlı komandası üzərində minimal hesablı qələbəyə seviniblər – 1:0. Şərurun “Arpaçay” komandası isə uzun fasilədən sonra meydanı üç xalla tərk edib. Şərurlular “Babək” komandasını məğlub etməklə rəqibi ilə xalları bərabərləşdiriblər – 6:3.
Bombardirlər cədvəlinə NDU-nun forvardı Samir Kərimov başçılıq edir. Onun aktivində 20 qol var. “Araz-Naxçıvan”ın futbolçusu Turqay İbrahimov isə 15 qolla ikincidir.

12-ci tur

“Babək”-“Araz-Naxçıvan” – 1:4
NDU-“Batabat” – 5:0
“Kəngərli”-“Arpaçay” – 3:0
“Əlincə”-“Sədərək” – 4:0

13-cü tur

“Arpaçay”-“Babək” – 6:3
“Batabat”-“Əlincə” – 1:3
“Dübəndi”-“Kəngərli” – 1:0
“Araz-Naxçıvan”-NDU – 5:0\


 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2759387
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
353
5244
26438
100626
2759387

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter