27 May 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyununun Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Əlahiddə Ümumqoşun Ordu, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 13 tam orta məktəbin komandası mübarizə aparıb.
Hərbi-idman oyununda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınayıblar.

Yarışın yekun nəticəsinə əsasən 1 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. 14 nömrəli tam orta məktəbin komandası ikinci, 15 və 3 nömrəli tam orta məktəblərin komandaları isə üçüncü olublar.
Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kuboklar təqdim edilib.
II yerin qalibləri olan 1 və 14 nömrəli tam orta məktəblərin komandaları aprel ayında keçiriləcək muxtar respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.
Qeyd edək ki, analoji tədbir Şərur rayonunda da keçirilib. Birinci­likdə 16 məktəb komandasının tərkibində 224 şagird mübarizə aparıb. Yekun nəticələrə əsasən ilk üç pillədə Danyeri, Mahmudkənd və İbadulla kənd tam orta məktəblərinin komandaları qərarlaşıblar.
Qaliblərə təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2484448
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3769
4918
44070
180276
2484448

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter