19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Xocalı faciəsinin qurbanlarının anım günü münasibətilə Haçadağa yürüş təşkil edilib. Yürüşə muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının “İlandağ” İdman Klubunun 11 üzvü və  Türkiyənin müxtəlif bölgələrindən gələn 26 idmançı qatılıb. İştirakçılar Culfa rayonunun Gal kəndi ərazisindən yürüşə başlayıblar. Haçadağın zirvəsinə çatan yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib, posterlər açıblar. Yürüş iştirakçıları ilə görüşüb onların təəssüratlarını öyrəndik.

Yakub Karataş (Antalya, müəllim): – Bu mənim Naxçıvana ilk gəlişimdir. Eşitdim ki, Xocalı soyqırımına görə Haçadağa yürüş olacaq. Çətin olsa da, zirvəyə kimi qalxdım. Ötən il də belə bir yürüş olub, lakin bilməmişəm. Bu xəbəri eşidən kimi qrup rəhbəri ilə danışıb dörd gün ərzində hazırlaşdım və gəldim. Bu cür yürüşlərin keçirilməsi yaxşı haldır.
Ötən ildən fərqli olaraq bu il yürüşdə daha çox insanın iştirak etdiyini dedilər. Bu, gözəl haldır. Növbəti il də keçirilərsə, düşünürəm ki, daha çox insan yürüşdə iştirak edəcəkdir.

Alpinistlik hobbimdir. Hazırda Antalya vilayətində müəllim işləyirəm və həftəsonları bölgəmizdə olan dağlara yürüş edirəm. Naxçıvana gəldiyimə, bu gözəl diyarı gördüyümə görə sevincliyəm. Buranın insanları qonaqpərvərdirlər, bizi mehribanlıqla qarşıladılar. Naxçıvan şəhərində gəzintilərimiz oldu, xüsusilə muzeylərin tarixi eksponatlar baxımından zənginliyi bizi valeh etdi. Hər il keçiriləcək bu yürüşdə iştirak etməyi qarşıma məqsəd qoymuşam.
Merve Tekin Yıldız (İstanbul, kompüter operatoru): – İlk olaraq Naxçıvanın gözəlliyi, təmizliyi, sakitliyi barədə danışmaq istəyirəm. Etiraf edim ki, buranı belə təsəvvür etmirdim: İstanbul kimi səsli-küylü, avtomobillərin nizamsız hərəkəti və sıxlıq. Gəlib gördükdə isə yanıldığımı anladım. Naxçıvanın təmizliyi, insanların mehriban münasibəti, şəhərdə avtomobillərin hərəkəti, oteldə və şəhərdə insanların bizə qarşı davranışı – hər şey fərqlidir, çox gözəldir.
Haçadağa yürüşə gəlincə, deyərdim ki, ən çətin dırmanışlardan biri oldu. Qrup rəhbərinin tapşırığı ilə zirvəyə çətin yolla getdik. Açığı iki-üç dəfə çətinliklə üzləşdim. Xüsusilə zirvəyə yaxın yerlərdə yol üzərində sürüşkən qayaların olması işimizi çətinləşdirdi. Buna baxmayaraq, zirvəni fəth etdik və bu mənim həyatımda ən gözəl yürüşlərdən biri oldu.
Celal Karaali (İstanbul, “Yaşam” qəzetinin təsisçisi): – Xocalı soyqırımını, erməni vəhşiliklərini dünyaya tanıtmaq üçün Haçadağa təşkil edilən yürüş ən gözəl addımlardan biridir. Çalışdığım qəzetdə də mütəmadi olaraq bu barədə yazılar dərc edilir. Əlimizdən gəldiyi qədər insanlığa qarşı törədilən bu vəhşiliyi yaymağa, dünya ictimaiyyətinə çatdırmağa çalışırıq.
Zirvəyə yürüş olduqca çətin keçdi. Bundan sonra nə vaxt yürüş təşkil edilsə, Naxçıvana gələcəyəm. Çünki bu diyar mənə çox doğma təsir bağışladı. Üç gün ərzində Naxçıvanda bizə göstərilən münasibət bütün yorğunluğumuzu çıxardı. Şəhərin təmiz, sakit olması isə ayrıca bir gözəllikdir.
Volkan Mikyas (İqdır, idmançı): – Haçadağın zirvəsinə qalxmaq ən çətin yürüşlərimdən biri oldu. Çünki dağ haqqında maraqlanmışdıq və zirvəyə yaxın yerdə sıldırım qayaların olduğunu bilirdik. Buna görə çətinliklərlə üzləşdik. Belə yürüşlərdə dostlarını, komanda yoldaşlarını da düşünməlisən. Şükürlər olsun ki, çətinlikləri dəf etdik və zirvəyə çatdıq. Gördüyünüz bu daşı oradan (dağı göstərir) gətirmişəm. Bu, kolleksiyamın ən gözəl daşlarından biri olacaq. Çünki çətinliklə əldə olunan hər şey ­gözəldir.
Mən Naxçıvan Muxtar Respublikası ilə sərhəddə olan İqdır vilayətində yaşayıram. Naxçıvan barədə çox eşitmişəm və buranın gözəlliyinə, təmizliyinə, sakitliyinə bələdəm. İlk dəfə bu şəhərə gələn dostlarımız da bu qənaətimə şərik olduqlarını dedilər. Növbəti ildə də Haçadağa gəlib Xocalı soyqırımı günündə zirvəni fəth etmək niyyətindəyik.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704877
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
240
2795
3035
45969
3704877

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter