25 Fevral 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının ötən il ərzində gördüyü işlər və 2018-ci ildə qarşıda duran ­vəzifələr mövzusunda iclası keçirilib.
İclası giriş sözü ilə açan muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə ötənilki nailiyyətlərdən bəhs edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bu gün muxtar respublikada müasir idman infra­strukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmalarına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etmələrinə hərtərəfli şərait yaradılıb. Eyni zamanda idmançı, məşqçi-müəllim heyətinin sosial vəziyyəti yaxşılaşdırılıb, bu tədbirlər çərçivəsində ötən il gimnastika üzrə məşqçi-müəllim Humay Qafarova Naxçıvan şəhərində mənzillə təmin olunub. Bununla yanaşı, ötən dövrdə yüksək nəticələr göstərmiş yeniyetmə və gənc idmançılardan Sadiq Məmmədov, Pərviz Qasımov, Rauf Murtuzov və Tayfur Əliyevin adı “Qızıl kitab”a əlavə edilib, bu idmançılar Ali Məclis Sədrinin fəxri təqaüdünə layiq görülüblər. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə bir sıra federasiya və idmançılar ­qazandıqları uğurlara görə Ali Məclisin Sədri tərəfindən mükafatlandırılıblar.

Nazir vurğulayıb ki, muxtar respublikada olimpiya-idman komplekslərində, idman mərkəzlərində, şahmat məktəblərində, stadionlarda, mini-futbol meydançalarında, ümumtəhsil məktəblərinin idman zallarında, muxtar respublikanın şəhər, rayon və qəsəbələrində fəaliyyət göstərən idman federasiyalarının klub və bölmələrində, Uşaq-gənclər idman məktəbinin qruplarında 18 yaşadək, ümumilikdə, 29 min 769 uşaq və gənc idmanla məşğul olur ki, onun da 24 min 687-si oğlanlar, 5 min 82-si isə qızlardır. Ən müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılması muxtar respublikamızda beynəlxalq yarışların keçirilməsinə də şərait yaradıb. Naxçıvanda qızların idmana cəlbi istiqamətində tədbirlərin davam etdirilməsi, onların müvafiq idman növləri üzrə federasiyalara cəlbinə nail olunması məqsədilə həndbol, stolüstü tennis, üzgüçülük, Şərur Olimpiya-İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Əlillərin Bərpa Mərkəzində bədii gimnastika bölmələri yaradılıb.
Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev, Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov, Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev və Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev çıxış edərək müvafiq idman növləri üzrə federasiyalar tərəfindən həyata keçirilən tədbirlərdən, idman uğurlarından danışıblar. Bədii gimnastika üzrə məşqçi­-müəllim Sevinc Nəcəfova və idmançı Nizami Hüseynov isə yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonra ötən il qazandıqları idman uğurlarına görə idmançılar Hüseyn Abdullayev, Zeynəb İbrahimli (hər ikisi paralimpiya), Nizami Hüseynov (budo döyüş növü), Nazlı Hümbətova (şahmat), İbrahim Cəfərzadə (boks) və Əmrah Nağıyev (yüngül atletika) gənclər və idman ­nazirliyi tərəfindən fəxri diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Eyni zamanda ötən il qazandıqları medal sayına görə (Güləş Federasiyası 26, Karate-do Federasiyası 24, Boks Federasiyası 20, Yüngül Atletika Federasiyası 20 medal) idman federasiyaları da xüsusi mükafata layiq görülüblər.
İclasa yekun vuran gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, ötən il məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi diqqətdə saxlanılıb, bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər dəvət edilib, komandaların təlim-məşq toplanışları keçirilib. Məktəblilərin idmanla kütləvi məşğul olması məqsədilə əvvəllər mövcud olmuş məktəblilərin spartakiadası ənənəsi bərpa edilib, müxtəlif idman növləri üzrə yüzlərlə yeniyetmə və gənc bu idman yarışlarında iştirak edib. Bütün bu görülən işlər, həyata keçirilən tədbirlər nazirlik və muxtar respublikada yaradılmış idman federasiyalarının birgə fəaliyyəti nəticəsində mümkün olub. 2018-ci ildə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına uyğun olaraq nazirlik və idman federasiyalarının fəaliyyəti mütəşəkkil xarakter almalı, idman federasiyalarının yeni bölmələri, müvafiq yığma komandalar formalaşdırılmalı, yerlərdə istedadlı gənclərin idmana cəlbi ilə bağlı görülən işlər daha da genişləndirilməlidir. Bununla yanaşı, idman obyektlərindəki mövcud avadanlıqlardan səmərəli istifadə olunmalı, həmin obyektlərin idman ləvazimatları ilə ­təchizatı və onların qorunub saxlanılmasına nəzarət artırılmalıdır.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6914497
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2920
20122
119217
451235
6914497

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter