20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası 2017-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yekun iclası keçirib.
İclası giriş sözü ilə açan federasiyanın sədr müavini Aydın Mirzəyev bildirib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb.
Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda da gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə olimpiya-idman kompleksləri, idman mərkəzləri tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Məhz bunun nəticəsidir ki, gənclərin bu sahəyə maraqları xeyli artıb. Bunu ötən il idmançılarımızın qazandıqları uğurlu nəticələr də sübut edir.
Federasiyanın sədr müavini vurğulayıb ki, ötən il keçirilən yarışlarla yanaşı, kişilər arasında Azərbaycan Yüksək Liqasının final mərhələsi muxtar respublikamızda təşkil olunub. Bu turnirdə komandamız III yerə layiq görülüb. Həmçinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev kuboku” da Naxçıvanda voleybol üzrə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Samir Oruclu qeyd edib ki, ötən il muxtar respublikamızda gənc və yeniyetmələrin kütləvi bədən tərbiyəsi və idman tədbirlərinə cəlb olunması istiqamətində nazirlik tərəfindən müxtəlif idman federasiyaları ilə mütəmadi təcrübə mübadiləsi aparılıb. Muxtar respublika idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin edilib. Komanda oyunları arasında ən geniş yayılmış idman növlərindən biri olan voleybolun inkişafı və idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi nazirlik tərəfindən diqqət mərkəzində saxlanılıb və Voleybol Federasiyası ilə birgə çoxsaylı tədbirlər həyata keçirilib.
Nazirlik əməkdaşı onu da deyib ki, hazır­da 2000-ci il təvəllüdlü yeniyetmə voleybolçularımızdan Uğur Qədimov və Mirhasil Seyidov Azərbaycanın yeniyetmələrdən ibarət voleybol üzrə yığma komandasına dəvət alıblar. Onlar təlim-məşq toplanışlarında iştirak edir, Avropada keçirilən yarışlarda təmsil olunurlar.
Sonda 2018-ci ildə qarşıda duran məsələlər müzakirə edilib.

 Ceyhun  MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782768
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
830
1827
5318
47085
3782768

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter