20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 2017-ci ilin nəticələri və 2018-ci ildə görüləcək işlərin müzakirəsinə həsr olunmuş yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan ­federasiyanın sədri Fazil Ələkbərov bildirib ki, Azərbaycan gəncliyini sağlam, təhsilli və vətənpərvər görmək istəyən ulu öndərimiz Heydər Əliyev dövlət siyasətinin əsas qayəsini gənclər siyasəti olaraq müəyyənləşdirib. Bu gün muxtar respublikamızda idman və gənclər siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində ardıcıl tədbirlər görülüb, müasir idman infrastrukturu yaradılıb, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib. İdman və gənclər siyasətinə böyük diqqət ayıran Ali Məclisin Sədri deyib: “Gənc­lərin asudə vaxtının səmərəli təşkilində, onların sağlam böyüməsində və gələcəyə hazırlanmasında idmanın mühüm rolu vardır. Çünki cəmiyyətin sağlamlığı insanların, xüsusilə də gənclərin sağlamlığından asılıdır. Bu mənada hər bir gəncə ölkə­nin gələcəyi kimi baxmaq lazımdır”. İdman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamız mötəbər turnirlərin, beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib, bir çox naxçıvanlı gənc bu turnirlərdə yüksək nəticələr əldə edib.

Fazil Ələkbərov qeyd edib ki, karate-do idman növünün inkişafı üçün muxtar respublikanın şəhər və rayonlarında lazımi şərait yaradılıb, federasiyanın tərkibində hazırda 12 məşqçinin rəhbərliyi altında 17 karate bölməsi fəaliyyət göstərir. Onlardan 4-ü Naxçıvan şəhərində, 4-ü Şərur, 2-si Babək, 2-si Ordubad, 2-si Sədərək, 1-i Culfa, 1-i Şahbuz, 1-i isə Kəngərli rayonlarındadır.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisində idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri qızların idmana cəlb edilməsini, bu sahədə kütləviliyə nail olunmasını və onların iştirakı ilə bir sıra tədbirlərin keçirilməsini federasiya qarşısına əsas tapşı­rıq kimi qoyub. Bu istiqamətdə uğurlu nəticələr əldə edilib”, – deyən federasiya sədri vurğulayıb ki, bu gün muxtar respublikada 500 uşaq, yeniyetmə və gənc karate idman növü ilə məşğul olur. Onlardan 60 nəfəri qızdır. Karate-do Federasiyası tərəfindən görülən işlər nəticəsində ötən il ərzində 10 nəfər qız idmançı respublika və beynəlxalq səviyyəli turnirlərdə iştirak edib, onlardan 6-sı fəxri kürsünün müxtəlif pillələrinə qalxıblar. 2017-ci ildə federasiyanın idmançıları 18-i beynəlxalq, 34-ü isə ölkədaxili yarışlarda, ümumilikdə, 52 medal qazanıblar. Onlardan 21-i qızıl, 13-ü gümüş, 18-i bürünc medal olub.
Federasiyanın sədr müavini Nəriman Quliyev çıxışında bildirib ki, hazırda muxtar respublikada federasiyanın 3 klubu fəaliyyət göstərir. Bunlar “Nəqşicahan” (qızlar), “Qapıcıq” və “Şərur” karate-do idman klublarıdır. Federasiyanın 50 idmançısı Azərbaycan Karate Federasiyası Assosiasiyasının təşkil etdiyi kəmər imtahanında iştirak edib. İdmançılarımızdan 31 nəfəri müxtəlif kyu dərəcələrinə, bir nəfər qız idmançımız isə birinci Dan qara kəmər ustalıq dərəcəsinə layiq görülüb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov deyib ki, muxtar respublikamızda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Regionun bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır.
Bildirilib ki, ötən il nazirlik və Karate-do Federasiyasının birgə fəaliyyəti kifayət qədər uğurlu alınıb. Federasiya idmançılarının ötənilki nəticələri, qazanılan beynəlxalq miqyaslı uğurlar idmanın bu növünün Naxçıvandakı inkişafının əsas göstəricisidir. Federasiyada kütləviliyin artırılması və istedadlı gənclərin üzə çıxarılması məqsədilə nazirliyin yerli idarələri və federasiyanın müvafiq bölmələri tərəfindən çoxsaylı idman yarışları təşkil olunub, qalib idmançıların daha yüksək səviyyəli idman yarışlarında iştirakı təmin edilib.
Çıxışlardan sonra 2017-ci ildə fərqlənən 5 idmançı federasiya sədri Fazil Ələkbərov tərəfindən mükafatlandırılıb.
İclasa yekun vuran Fazil Ələkbərov muxtar respublikada uşaq, yeniyetmə və gənclərin karate məşğələlərinə cəlb edilməsi sahəsində kütləviliyə nail olunması məqsədilə federasiya tərəfindən 2018-ci il üçün tədbirlər planı tərtib olunduğunu qeyd edib. Qarşıya qoyulan əsas məsələlər isə uşaq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə karate idman məşğələlərinə cəlb edilməsi, təbliğat işlərinin genişləndirilməsi, rayon və kəndlərdə əlavə karate bölmələrinin yaradılması, karate idman növü ilə məşğul olan yeniyetmə və gənclərin, xüsusən də qızların məşqlərdə iştirakının davamlılığına nail olunması, yığma komandanın tərkibini müəyyən edərək ölkədaxili və beynəlxalq turnirlərdə iştirakının təmin edilməsidir.
Vurğulanıb ki, muxtar respublikada idmanın inkişafının sağlam gəncliyin formalaşmasında vacib rolunu əsas tutaraq Karate-do Federasiyası bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782886
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
948
1827
5436
47203
3782886

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter