19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Federasiyanın sədri Azad Cabbarov çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti sağlam nəslin yetişdirilməsini daim diqqət mərkəzində saxlayıb, gənclərin əsas hərəkətverici qüvvə olaraq cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatında, idman hərəkatında iştirakının təmin edilməsini prioritet olaraq müəyyən edib. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da gənclərin kütləvi bədən tərbiyəsi və idman tədbirlərinə cəlb olunması, istedadlı idmançıların respublika və beynəlxalq səviyyəli idman yarışlarında iştirakının təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə idmançılara bütün zəruri imkanlar yaradılıb, muxtar respublikanın bütün şəhər və rayonlarında ən son standartlara cavab verən müasir idman infra­strukturu formalaşdırılıb. Müxtəlif idman növləri üzrə inkişafın və kütləviliyin təmin edilməsi məqsədilə 12 federasiya yaradılıb ki, bunlardan da biri 2002-ci ildən fəaliyyətə başlayan Şərq Döyüş Sənəti Federasiyasıdır.

Federasiya kikboksinq, budo, uşu-sanda, MMA, universal döyüş və digər əlbəyaxa döyüş idman növlərini özündə birləşdirir, bu idman növlərinin muxtar respublikada inkişafını və təbliğini təmin edir. Federasiya beynəlxalq idman təşkilatlarında Naxçıvan Muxtar Respublikasının təmsil olunması, bu kateqoriyaya aid idman növləri üzrə yerli idmançıların peşəkarlıq səviyyələrinin artırılması, onların respublika, Avropa və dünya çempionatlarında, digər beynəlxalq yarışlarda çıxışlarını təmin etmək məqsədilə yaradılıb.
Azad Cabbarov vurğulayıb ki, Şərq Döyüş Sənəti Federasiyasının hazırda, ümumilikdə, 9 bölməsində 13-ü qız olmaqla, 300-dən artıq yeniyetmə və gənc bu idman növləri üzrə keçirilən təlim-məşq toplanışlarında, hazırlıq proseslərində iştirak edir. Ötən il ərzində Şərq Döyüş Sənəti Federasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb, maddi-texniki bazası möhkəmləndirilib, muxtar respublikaya dəvət edilmiş tanınmış mütəxəssislərin iştirakı ilə yerli idmançılar üçün seminar və məşğələlər keçirilib.
Qeyd edilib ki, 2017-ci ildə federasiya respublika birinciliklərində 52, dünya çempionatında 3, Avrasiya çempionatında 13, Asiya çempionatında 2, digər beynəlxalq turnirlərdə 5 iştirakçı ilə təmsil olunub. İdmançılarımız Azərbaycan birinciliklərində 54, dünya çempionatında 2, Avrasiya çempionatında 13, Asiya çempionatlarında 2, digər beynəlxalq turnirlərdə 6 medal olmaqla, cəmi 78 medal qazanıblar.
Azad Cabbarov diqqətə çatdırıb ki, bölgələrdə idman növlərinə maraqgöstərən istedadlı yeniyetmə-gənclərin keçirilən hazırlıq və təlim-məşq toplantılarında iştirakı, idmanın müxtəlif növləri üzrə təbliğat fəaliyyətinin genişləndirilməsi, yeni idman avadanlıqları və müasir idman infra­strukturundan istifadə imkanları barədə maarifləndirici söhbət­lər­ aparılması qarşıda duran əsas ­vəzifələrdəndir.
Sonda gələcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612150
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
194
3542
89290
135392
3612150

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter