19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası 2017-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yekun iclas keçirib.
İclası giriş sözü ilə açan federasiyanın sədri Səbuhi Şahverdiyev bildirib ki, Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb.
Federasiyanın sədri vurğulayıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir. Hər il istifadəyə verilən onlarla tikililər arasında idman obyektləri də yer alır. 2002-ci ildə idman federasiyalarının yaradılması muxtar respublikada idmanın inkişafına öz töhfəsini verib. Bu federasiyalardan biri də Futbol Federasiyasıdır. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində hər ilin əvvəlində hazırlanan və təsdiq edilən təqvim planına uyğun olaraq nəzərdə tutulan bütün idman yarışlarının keçirilməsinə nail olunur. Geridə qoyduğumuz il ərzində federasiya bir sıra uğurlar qazanıb və futbolun muxtar respublikada kütləvi hal alması üçün müəyyən addımlar atıb.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov çıxış edərək qeyd edib ki, ən geniş yayılmış idman növlərindən biri sayılan futbol sahəsində də ötən il muxtar respublikamızda ölkə əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu tədbirlər sırasında futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması 2017-ci ilin ən əlamətdar idman hadisələrindən biridir. Həmçinin 25-30 may tarixlərdə Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir də respublika futbol ictimaiyyətinin diqqətini ikinci dəfə muxtar respublikamıza yönəldib. Sevindirici haldır ki, turnirdə muxtar respublikamızı təmsil etmiş “Araz-Naxçıvan” komandası da uğurlu nəticə göstərərək yarışın mükafatçıları sırasına düşməyi bacarıb.
Nazir diqqətə çatdırıb ki, ötən ilin mart ayında mini-futbol meydançalarında AFFA-nın grassroots layihəsinə əsasən baş tutmuş masterklaslar, həmçinin İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilmiş Açıq əyləncəli futbol məktəbinin açılış mərasimi futbolun muxtar respublika ərazisində təbliği və kütləvililiyinin təmin olunması baxımından əhəmiyyətli hadisədir. Sözügedən tədbirlərdə 500-dən çox məktəbli və yeniyetmənin iştirakı futbolun Naxçıvan ərazisində gələcək inkişafı baxımından böyük perspektiv vəd edir.
Sonra çıxış edən federasiyanın sədr müavini Hafiz Əliyev 2017-ci ildə təşkil edilən yarışlar barədə məlumat verib.
Sonda 2018-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612244
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
288
3542
89384
135486
3612244

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter