19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

İnsan psixologiyası hər şeyə qadirdir. O, bədəni yönəldən və idarə edən ağıla və ruha sahibdir. Bunun nəticəsində insan ətrafa reaksiya verə bilir. Bu reaksiyanın qarşısının alınması və ya gücləndirilməsi özünə təlqinlə mümkün ola bilər. Bundan daha çox idmançılar istifadə edirlər. Hər bir idmançı psixi tənzimləməyə nail olmaq üçün gündə 3 dəfə olmaq şərtilə 4 ay məşq etməlidir. Alimlər bunu asan psixi tənzimləmə yolu adlandırırlar. Və ya qısa desək, bu, autogen məşqdir.

Autogen məşq nədir? Autogen məşq insanın psixi cəhətdən gərginlikdən azad olunması metodudur. Bu məşq XX əsrin əvvəlində alman həkimi tərəfindən işlənib hazırlanmışdır. O hiss etmişdir ki, xəstələr onun yanına hədsiz dərəcədə psixi gərgin vəziyyətdə gəlirlər. Həkim onları bu vəziyyətdən çıxarmaq məqsədilə indi “autogen məşq” adlanan, psixi gərginliyi aradan qaldıran bir metod yaratmışdır. Bu metoddan idmanda çox müvəffəqiyyətlə istifadə etmək mümkündür. Automəşqi bəzən “öz-özünə hipnoz” da adlandırırlar: yəni insan o dərəcədə bu texnologiyanı mənimsəyib özünə təsir eləmək qabiliyyətinə malik olur ki, istənilən vaxt istənilən xəstəlik əlamətini aradan götürə bilir. Bir sıra hallarda onu psixoterapevt icra edir, ancaq burada şəxs heç kəsə müraciət etmir.

Autogenlə məşğul olmaq üçün insan özündə bəzi vərdişləri yaratmağı bacarmalıdır. Bunlar hansılardır:
– ağırlıq hissi (qollarda və ayaqlarda);
– istilik hissi (qollarda və əllərdə yaxşı yeməkdən sonra əmələ gələn və bədəndə hiss edilən bir istilik);
– qarın nahiyəsində xoşagələn bir istilik, alında isə xoşagələn bir sərinlik hiss etmək;
– ürəyin döyüntüsünü saymaq və sakitliyi təmin etmək.
Autogen məşqdən necə istifadə edilir? Yuxarıda da qeyd etdiyimiz kimi, insan bu hissiyyatları özündə hiss elətdirməyi bacarmaqdan ötrü gündə 3 dəfə məşq etməlidir. İlk olaraq insan məşqini əsas işlətdiyi əlindən başlayır. Rahat bir yerdə uzanıb bu məşqdə bir əldə ağırlıq hissini yaratmaq üçün diqqətini 60-90 saniyə ərzində həmin fikrin üstündə toplayırsan. Bu hissi gözüyumulu vəziyyətdə keçirməli və ürəyində təkrarlamalısan: mənim sağ əlim ağırdır, mən tam sakitəm. Sonra əllərinin vəziyyətini dəyişirsən. Cəmi üç dəfə olmaqla, özünə qarşı tələbkarlıq və dəqiqliklə keçirilən məşqlər idmançıda bu hisslərin daha tez yaranması ilə nəticələnir. Bununla belə, 4 aydan tez olmayaraq bu elementlər ayrı-ayrılıqda təkrarlanmalıdır. Autogen məşqlərin bir-birindən fərqi yalnız deyilən sözlərdədir. Autogen məşq zamanı insanın fikri yayınarsa, narahat olmaq lazım deyil. Belə hallarda diqqəti daha çox əsas məsələyə yönəltmək kifayətdir. Bu zaman insan istər kənar təsirlərdən, istərsə də məşqə aid olmayan düşüncələrdən rahatlıqla xilas olur. Belə bacarığa malik idmançılar başqalarından daha üstün olurlar. Onlar özlərini tez bir vaxtda əsəbi vəziyyətdən çıxarmağı bacarırlar.
Evdə autogen məşqlər etmək mümkündürmü? Bəli. Hər bir insan dərmansız, psixoloqa müraciət etmədən özünü requlyasiya (auto­treninq) məşqləri edərək istədiyi effekti ala bilər. Lakin bu, 15 dəqiqədən çox çəkməməlidir. Əgər bu müddətdə hissiyyatlar alınmırsa, bunu etməyə ehtiyac yoxdur. Çünki bu halda insanın özünə və bacarığına inamı itir və o, sakitləşmək əvəzinə, daha da əsəbiləşməyə ­başlayır.
Məşqi uzanmış vəziyyətdə və yaxud oturaraq davam etdirmək mümkündür. Oturanda əllər diz üstünə sərbəst qoyulur, gözlər bağlanılır, 3 dəfə dərindən nəfəs alınır. Nəfəsi verəndə bütün bədən əzələləri maksimum dərəcədə boşaldılır. Bu an bütün diqqəti ürəyə yönləndirmək lazımdır. Tənəffüslə ürəyin ritmik və sakit döyüntüsü tənzimlənir. Bundan sonra diqqət ayaq barmaqlarına yönləndirilir. Bu zaman, həqiqətən də, insanda belə bir hiss yaranır ki, bədənin bütün yorğunluğu ayaq barmaqlarından çıxır. Bu zaman həyatın gözəl bir anı təsəvvür edilir. Bu hissi 6-7 dəqiqə keçirmək lazımdır. 3 saniyədən sonra gözlər açılır və gümrahlıq hiss olunur.
Relaksasiya bacarığını o qədər məşq edib artırmaq olar ki, insan cəmi bir neçə saniyə ərzində psixi və əzələ gərginliyindən azad ola bilər. Hətta hiss edəcəksən ki, 2-3 dəfə dərindən nəfəs alıb yavaş-yavaş nəfəs verməklə sən bədənində olan bütün gərginliyi çıxarmağa qadirsən. Bu bacarığa malik insanlar özlərində yüksək sevinc, inam hisslərini də yaratmağa nail olurlar.
Hazırda autogen məşqdən yalnız əsəb pozuntuları, qan təzyiqinin artması, baş, ürək ağrıları və digər xəstəliklərdən əziyyət çəkənlər deyil, idman və yaradıcılıq imkanlarını gücləndirmək istəyən şəxslər də geniş istifadə edirlər.
Nəticədə, autogen məşq bir çox hallarda etibarlı yardım göstərir, insanda özü haqqında aydın təsəvvür yaradır, daxili imkanları ortaya çıxarır. Bu məşq sarsılmış ruhi sağlamlığın bərpa olunmasına, həyatı dolğun və ahəngdar qavramağa kömək edir, insana müasir dövr ilə yanaşı addımlamağa imkan verir, onu xarici amillərin mənfi təsirindən qoruyur. 72 gün müddətində rezin qayıqda Atlantik okeanını tənha fəth edən alman alimi X.Lindeman demişdi: “Sağ qalmaq xoşbəxtliyimi taleyin hədiyyəsi kimi qəbul edərək bütün həyatımı autogen məşqin təbliğinə həsr etməyi qərara aldım”.
Bəzi xəstəliklərin əlamətlərini aradan qaldırmağa yönəldilən xüsusi özünütəlqin formulları var. Bu zaman aşağıdakı cümlələrdən istifadə olunmalıdır:
“Tənəffüsüm sərbəstdir, ürəyim ardıcıl və normal döyünür”, “Beyin damarlarımda gərginlik yoxdur”, “Başımda və bütün bədənimdə tam rahatlıq, aydınlıq və yüngüllük hiss edirəm”, “Mən istirahət edirəm”, “Mən yatmaq istəyirəm”, “Tezliklə yuxuya gedib... saatdan (dəqiqədən) sonra ayılacağam” və sair.
Alimlər bildirirlər ki, autogen məşqlə məşğul olanlar müvafiq ədəbiyyatdan istifadə etməli və vaxtaşırı həkim-psixoterapevtlə məsləhətləşməlidirlər.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6252610
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1244
16592
74664
302913
6252610

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter