21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Bəs Naxçıvanda məşqçi yetişdirmək üçün hansı addımlar atılır

İdman sağlam həyat tərzinin formalaşmasına bilavasitə təsir göstərməklə yanaşı, eyni zamanda sağlamdüşüncəli gənclərin də uğurlar qazanmasına şərait yaradır. Bəs idmançı gənclərin uğur qazanmasında əsas amillər nələrdir? İlk olaraq yaradılmış şəraiti, mövcud idman infra­strukturunu, digər tərəfdən isə idmançını formalaşdıran məşqçiləri xüsusilə qeyd etmək lazımdır.

 

İdmançı o vaxt uğur qazanır ki, məşqçisini daim yanında hiss edir: həm idmanda, həm də həyatında. Məşqçinin şəxsiyyəti, onun əxlaqı, yetirməsinə münasibəti idmançının nəinki peşəkar karyerasında böyük uğurlar qazanmasına, həm də bir şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərir. Bu zaman idmançı öz məşqçisinin timsalında ona yol göstərən dostunu görür. Təbii ki, uğurlara aparan yolda məşqçilərin nizam-intizamı, peşəkar­lığı, idmançıya yanaşma tərzləri də mühüm rol oynayır.
Məşqçi və idmançı arasındakı münasibətlərə gəlincə, əslində, bu münasibətlərin gələcəyi onların hər ikisindən asılıdır. Belə ki, məşq prosesində məşqçi rəhbər kimi əmr verir, idmançı isə onun əmrlərini səhvsiz yerinə yetirməyə çalışır. Əgər bu iki şəxs arasında qarşılıqlı hörmət varsa, o zaman idmançı məşqçinin əmrlərini daha həvəslə yerinə yetirir. Bu baxımdan ikinci mühüm məqam idmançının yaradıcı­lıq qabiliyyəti, işləmək bacarığıdır. Məşqçi nə qədər bacarıqlı olursa-olsun, iradəsiz idmançı ilə heç bir nəticə əldə etmək mümkün deyil. Məhz bu amillərə görə idman mütəxəssisləri məşqçi-idmançı münasibətlərində 3 əsas nüansı qabardırlar:

- əsas fəaliyyətin məqsədi, qarşıya qoyulan vəzifələr;
- dəyərlər sistemi və məşqçinin tələbi;
- məşqçi və idmançının qarşılıqlı münasibətləri.
Bəs peşəkar məşqçi necə olmalıdır? Və ya peşəkar məşqçi yetişdirmək üçün nələri bilməliyik? İlk olaraq hər bir məşqçi idman növündən asılı olaraq bölməyə uşaq qəbul edəndə onun yaşını, cinsini, idman ustalığı səviyyəsini mütləq nəzərə almalıdır. Yaxşı məşqçi, bir növ, yetirməsinin həyatında və karyerasında “ata” rolunu oynayan şəxsdir. Məşqçi olmaq böyük məsuliyyətdir. Çünki o, uşaqlara idmançı olmaqdan öncə vətənpərvər olmağı, Vətəni sevməyi öyrətməlidir. Vətəni sevən insan hər bir sahədə uğur qazanacaq, bu da şübhəsizdir.
Məşqçi idmançılarla, tələbələri ilə münasibətlərini düzgün istiqamətdə qurmalıdır. Psixoloqların apardığı araşdırmalardan sonra məlum olub ki, məşqçilərin idmançılarla davranış qaydalarında yaş həddi əsas götürülür. İnsan bioloji varlıq kimi 4 yaş dövrünü yaşayır – uşaq, yeniyetmə, gənc, yaşlı. Məşqçilər uşaq və gənclərə məşqə gəldiyi ilk gündən diqqət və qayğı göstərsələr, onlara düzgün istiqamət verməyi bacarsalar, münasibətlər də, gözlənilən nəticələr də yaxşı olacaq. Uşaqlar təbiətən çox sərbəstdirlər, əgər onlar məşq zamanı çılğınlıq edib şənlənir, oynayırlarsa, onlara qadağa qoymaq məqsədəuyğun deyil. Uşaq və yeniyetmələr həddən artıq ciddi məşqçiləri sevmirlər. Onlarla gülərüz, mülayim davranmaq lazımdır. Əks-təqdirdə məşqçi uşaq və gəncləri idmandan uzaqlaşdıra bilər.
İdmançılar “məşqçi” adını almaq üçün karyeralarında böyük çətinliklərdən, mərhələlərdən keçirlər. Zirvələrə yüksəldikdən sonra onu qoruyub saxlamaq da çətin olur.
Bəs Naxçıvanda məşqçilərin yetişdirilməsi üçün hansı tədbirlər görülür? Sualımızı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimova ünvanladıq. O bildirdi ki, bu gün muxtar respublikada idmançı yetişdirməklə yanaşı, məşqçilərin də yetişdirilməsinə diqqətlə yanaşılır. İlk olaraq məşqçilərin seçimində daha çox təmsil etdikləri idman növlərində uğur qazanmalarına önəm verilir. Çünki hər bir məşqçi tələbələrinə uğur qazanmanın yollarını aşılamalıdır. Gənclər və İdman Nazirliyinin nəzdində olan bölmələrdə, eləcə də rayonlarda fəaliyyət göstərən Gənclər və İdman idarələrində çalışan məşqçilər üçün mütəmadi olaraq seminarlar təşkil olunur, onların digər rayonlarda keçirilən treninq­lərdə, təlim-məşq toplanışlarında iştirakları nazirlik tərəfindən təmin edilir. Həmçinin Azərbaycanın tanınmış məşqçi-müəllimləri, idman mütəxəssisləri Naxçıvana tez-tez dəvət olunurlar. Bu da bizim məşqçilərin uğur qazanmalarına şərait yaradır. Hazırda muxtar respublikada 400-ə yaxın məşqçi müxtəlif idman növündə fəaliyyət göstərir və onların 9 minə yaxın tələbəsi vardır. Bu isə 9 mindən çox sağlamdüşüncəli gəncin formalaşması deməkdir. Gənc­lərin yaxşı idmançı kimi formalaşmasında Gənclər və İdman Nazirliyi daim işlər görür və bu işləri davam etdirməkdədir.
Bu gün idmanın daha da inkişaf etdirilməsində digər mühüm məsələ təhsil sistemində şagird və tələbələrin idmana necə cəlb olunmasıdır. Çünki bu günün tələbəsi sabahın məşqçi-müəllimidir. Növbəti yazımız idmançı yeniyetmə və gənc­lərimizin təhsilə görə idmandan məcburi olaraq uzaqlaşdırılmasına həsr ediləcək. Bunun məsuliyyətini kimlər daşıyır və ya kimlər bu məsələdə günahkar­dır: təhsil sistemində çalışanlar, yoxsa valideynlər? Bu sualın cavabını tapmağa çalışacağıq.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284071
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5448
18197
23645
332277
5284071

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter