23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin təşkilatçılığı ilə məktəblilər arasında “Şən startlar” əyləncəli idman oyunlarına start verilib.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışın açılış mərasimində çıxış edən Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, muxtar respublikada idmanın inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız çıxış etdikləri turnirlərdə, yarışlarda böyük uğurlar əldə edirlər. İdmançıların düzgün istiqamətləndirilməsində federasiyaların üzərinə böyük məsuliyyət düşür. Yüngül Atletika Federasiyası da aidiyyatı idman növünün təbliği üçün mütəmadi olaraq yarışlar təşkil edir.
Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlərin görüldüyünü vurğulayan gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, uşaqların fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infra­strukturunun, olimpiya komplekslərinin, digər obyektlərin istifadəyə verilməsi, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması çoxsaylı gənclərin idmana cəlb olunmasına imkan verib. Naxçıvanda idman ənənələrinin köklü olması, bu gün uşaqların da bu sahəyə kütləvi şəkildə axınına səbəb olub. Hazırda muxtar respublikamızın hər bir bölgəsində idmanla məşğul olmaq istəyən uşaq və yeniyetmələr üçün hər cür şərait yaradılıb. Uşaqların idmana marağı sağlam gələcəyin formalaşmasından xəbər verir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov qeyd edib ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması diqqət mərkəzində saxlanılır. Bu gün yeni-yeni məktəb binaları inşa edilir və ya əsaslı şəkildə yenidən qurulur, idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Keçirilən yarışlarda Naxçıvan şəhər ümumtəhsil orta məktəblərindən 8 komanda – Heydər Əliyev adına tam orta məktəb, 2, 5, 8, 12, 14, 15 və 16 nömrəli tam orta məktəblərin komandaları mübarizə aparırlar. Reqlamentə əsasən yarışda komandalar 8 nəfərdən təşkil edilmiş (4-cü sinifdən 1 oğlan, 1 qız, 5-ci sinifdən 1 qız, 1 oğlan, 6-cı sinifdən 1 oğlan, 7-ci sinifdən 1 qız, 8-ci sinifdən 2 oğlan və 1 müəllim) qruplardan ibarətdir. Komanda üzvlərindən biri müəyyən səbəblərdən oyunda iştirak etmədikdə, yarışdan əvvəl və ya sonra komandaya texniki məğlubiyyət verilir. Oyunların qaydalar çərçivəsində keçirilməsini, həmçinin iştirakçıların qiymətləndirilməsini tanınmış idmançılardan, idman veteranlarından, məşqçilərdən, hakimlərdən və təşkilat komitəsinin bir üzvündən ibarət münsiflər heyəti təyin edir. Yarışlar zamanı estafetlərin qalibləri 50-dən 100-ə, məğlub tərəf isə 50-dən aşağı xallarla qiymətləndirilir. Pozulan qaydalara görə münsiflər iştirakçılardan 5, 10 və 15 cərimə xalı tuta bilərlər.
Yarışda məktəblilər müxtəlif ­idman növləri üzrə qüvvələrini ­sınayıblar.
Qeyd edək ki, “Şən startlar” əyləncəli idman oyunlarına bu gün keçiriləcək görüşlərdən sonra yekun vurulacaq.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811829
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10934
15275
10934
346889
4811829

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter