23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Mütəhərrik oyunlar hər xalqın milli mədəniyyətinin tərkib hissəsidir. Çünki bu oyunlar həmin xalqa məxsus hərəkət fəaliyyəti aşılayır, onların fiziki-psixoloji cəhətdən düzgün inkişaf etməsində, şəxsi keyfiyyətlərinin tərbiyə olunmasında böyük rol oynayır. Bu baxımdan milli oyunlar yalnız orqanizmin inkişafını təmin edən amil deyil, həm də fiziki tərbiyə və idmanın əsas vasitələrindəndir.

Oyunlar uşaqların əqli və fiziki cəhətdən inkişafına, əxlaq və əmək tərbiyəsinə müsbət təsir göstərir. Hətta belə bir söz də var ki, uşaq oyunda necədirsə, böyüyəndə də elə olacaqdır. Onlar bu yolla hərəki fəaliyyətə və müəyyən hərəkətlərin icrasına məqsədli şəkildə yiyələnə bilirlər. Mütəhərrik oyunlar cəldliyi, çevikliyi, sürəti inkişaf etdirir, fiziki cəhətdən təkmilləşməyə zəmin yaradır (xüsusən də yarış formasında keçiriləndə). Oyun uşaqlara kollektivdə özünü necə aparmaq qaydasını öyrədir, öz şəxsi mənafeyini ümumi mənafeyə tabe etdirmək vərdişi aşılayır. O həm də iradəli, hünərli olmağı tərbiyə edir, düzgün və müstəqil hərəkət etməyi öyrədir. Oyunlar uşaqlarda dərketmə qabiliyyətini yüksəldir. Oyun həm də tərbiyə vasitəsi olub nitqin, zehnin inkişafına kömək edir, təşəbbüskarlığı yüksəldir, gümrah və çevik olmağa təsir göstərir.
Mütəhərrik oyunlar bütün dövrlərdə xalqların öz yaşam tərzlərinə uyğun olaraq tətbiq edilirdi. XVII əsrdə pedaqoqlar bu oyunların uşaqların tərbiyəsində, fiziki-zehni inkişafında böyük rolu olduğunu dərk edir və belə hesab edirdilər ki, həmin oyunlardan təlim-tərbiyə işində geniş istifadə olunmalıdır.

Görkəmli pedaqoqlar XIX-XX əsrlərdə düzgün və ardıcıl təşkil olunmuş mütəhərrik oyunları tərbiyəvi təsirin və fiziki sağlamlığın əsas vasitəsi sayırdılar. Onlar qeyd edirdilər ki, mütəhərrik oyunlar uşaqlar üçün hərəkət fəaliyyəti olmaqla, əxlaqi və əqli tərzdə dərin vasitədir. Makarenko isə mütəhərrik oyunları 3 mərhələyə (6 yaşa qədər, 12 yaşa qədər və 12 yaşdan yuxarı yaşa qədər) bölürdü.
Mütəhərrik oyunlar uşaqlardan xüsusi hazırlıq tələb etmir. Oyunlar müxtəlif şəraitdə və fərqli iştirakçılarla keçirilə bilər. Oyunların pedaqoji cəhətdən qiymətləndirilməsi qarşıya qoyulan məqsəddən asılıdır. 6-9 yaşlı oğlan və qızlarla mütəhərrik oyunlar keçirilərkən onların tez yorulmaları, skelet və əzələ sisteminin inkişafı nəzərə alınmalıdır. Kiçikyaşlı məktəblilər dolğun, tam surətdə gördüklərini, eşitdiklərini və müşahidə etdiklərini qavrayıb mənimsəməlidirlər. Həmin uşaqlar üçün mürəkkəb olmayan və az vaxt tələb edən mütəhərrik oyunlar seçilməlidir. Çünki onların yaradıcılığa olan həvəsləri ötəridir və tez yorulurlar.
Ortayaşlı məktəblilərlə keçirilən mütəhərrik oyunlar nisbətən mürəkkəb, dəqiq olur və hərəkətlərin həllinin çətinliyi artırılır, süjetli, qruplara bölünərək keçirilən oyunlar uşaqların xəyallarına cavab verdiyi üçün maraqlı olur. Qarşıya məqsəd qoyulur ki, digər qrup üzərində öz bacarıqlarını göstərsinlər. Komandalar bölünərkən qrupun və oyunçuların rolu təyin edilir. Fərdi-koordinasiyalı mütəhərrik oyunlar uşaqlar üçün əhəmiyyətli sayılır, lakin bu yaşda onlara həddən çox birtərəfli gərginlik verən hərəkətlər tətbiq etmək olmaz. Çünki uşaqların ürək, qan-damar sistemləri yüksək təzyiqə dözmür.
Yuxarı sinif şagirdləri ilə keçirilən mütəhərrik oyunlarda əsas yeri idman tutur və xüsusi hazırlığın həllinə yardım edir. Ancaq unutmaq olmaz ki, həddən çox yüksəkgərginlikli hərəkətlər uşaqlara mənfi təsir edə bilər. Ona görə də bu yaşlarda keçirilən mütəhərrik oyunlar idman gimnastikası, yüngül atletika, idman oyunları elementlərindən istifadə edilməklə həyata keçirilməli və yorucu olmamalıdır. Məktəblərdə fiziki tərbiyə dərslərində mütəhərrik oyunlardan sağlamlıq, tərbiyəvi və zehni inkişaf üçün istifadə edilir.
Oyunları 3 növə ayırmaq olar:
1. Əsas və elementar mütəhərrik oyunlar (süjetli və süjetsiz)
2. İdman xarakterli oyunlar (basketbol, voleybol, futbol, stolüstü tennis, badminton)
3. Mahnı oxumaqla və əl-ələ tutub dairə təşkil etməklə oyunlar.
Elementar mütəhərrik oyunlar azyaşlı uşaqlar üçün xarakterikdir. Bunlar süjetli və süjetsiz olurlar. Süjetli mütəhərrik oyunların adından məlum olduğu kimi, müvafiq süjeti və ciddi qayda-qanunu olur. Bu oyunlar müasir həyatla əla­qədar uşaqlarda müəyyən təsəvvürlər yaradır. Onlar müvafiq rolları yerinə yetirirlər. Süjetsiz oyunlar hər hansı bir hərəkət üzrə tapşırıqların icrasına əsaslanaraq qurulur. Bu oyunlar müxtəlif əşyalarla keçirilir (top, halqalar, çubuqlar və sair). Əşyalarla oyunun keçirilməsi uşaqların marağını yüksəldir, idman fəallığını artırır (“Bayrağa qədər qaç”, “Halqalardan keç” və sair).

Mütəhərrik oyunlar bir çox cəhətlərinə, yəni xarakter və məzmununa, daşıdığı məqsəd və vəzifələrə görə digər oyunlardan mühüm dərəcədə fərqlənir. Bu oyunlar, ilk növbədə, ciddi və məsuliyyətli, dəqiq hazırlıq işləri tələb etmir. Onun təşkili və keçirilməsi üçün sanballı təqvim-tematik planlarına, onların yerinə yetirilməsinə ciddi riayət edilməsinə, geniş və hərtərəfli təbliğatı, təşkilati tədbirlərin görülməsinə əhəmiyyətli dərəcədə ehtiyac yoxdur. Hər bir oyun alət və avadanlıqlardan, oyun ləvazimatlarından, idman bazasından və şəraitdən asılı olaraq təşkil edilməlidir.

Kəmaləddin İSMAYILOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811833
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10938
15275
10938
346893
4811833

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter