23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatına start verilib.
Doqquz komandanın mübarizə apardığı çempionat iki dövrədən ibarət olmaqla keçirilir. İlk dövrəyə noyabr ayının sonlarında yekun vurulacaq. İkinci dövrənin oyunları isə gələn il fevral ayının 27-də başlayacaq və may ayının sonlarında başa çatacaq. Hər turda bir komanda istirahət edəcək.
Artıq çempionatda ilk iki tura yekun vurulub. Son 3 mövsümün çempionu “Araz-Naxçıvan” futbol komandası cari mövsümdə də iddialı olduğunu ilk iki turda qazandığı maksimum xalla sübut edib. Naxçıvan şəhər təmsilçisi “Arpaçay” və “Dübəndi” komandalarının qapısından, ümumilikdə, 10 cavabsız top keçirib. Yeni mövsümə “Babək” komandası da iddialı başlayıb. “Əlincə” (Culfa) komandası ilə ilk turu heç-heçə (1:1) başa vuran babəklilər ikinci turda “Sədərək” komandasını səfərdə büdrədib – 1:2.
Ötən mövsüm çempionatın ikincisi olan Şahbuzun “Batabat” komandası yeni futbol mövsümünə uğursuz başlayıb. Hər iki görüşdə məğlub olan şahbuzlular turnir cədvəlində xal qazanmayan iki komandadan biridir. Eynilə bu sözləri “Arpaçay” və Naxçıvan Dövlət Universitetinin komandaları haqqında da demək olar.
Cari mövsümdən əvvəl isə Futbol Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublika Stadionunda yeni hakimlər üçün ikihəftəlik seminar təşkil olunub. Seminarın keçirildiyi müddətdə hakimlərə yeni oyun qaydaları və müasir futbolda hakimlərin hansı qaydalara riayət edilməsi məsələləri şifahi və praktik şəkildə izah olunub. Cari mövsümdə keçirilən bütün oyunları yeni təyinat alan hakimlər briqadası idarə edib.

Naxçıvan Muxtar Respublika Çempionatı, II turun nəticələri

“Batabat” (Şahbuz) - “Kəngərli” (Kəngərli) 2:5
“Sədərək” (Sədərək) - “Babək” (Babək) 1:2
“Araz-Naxçıvan” (Naxçıvan) - “Dübəndi” (Ordubad) 5:0
“Əlincə” (Culfa) - Naxçıvan Dövlət Universiteti 1:1

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811820
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10925
15275
10925
346880
4811820

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter