19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri Türkiyədə keçirilən beynəlxalq şahmat festivallarında iştirak ediblər.
İlk olaraq zəka sahiblərimiz 19-24 avqust tarixlərdə Ankaranın Çubuk rayonunda keçirilən üçüncü beynəlxalq şahmat festivalında qüvvələrini sınayıblar. Turnirdə şahmatçılarımız uğurla çıxış ediblər. Belə ki, B kateqoriyasında mübarizə aparan Tural Zeynalov turniri ikinci pillədə başa vurub. Bu kateqoriyanın qalibi isə idmançımız Orxan Həsənov olub. 10 yaş kateqoriyasında şahmatçımız Nazlı Hümbətova uğurlu çıxışı ilə yadda qalıb. O, qızların mübarizəsində birinci, ümumilikdə isə bu yaş kateqoriyası üzrə ikinci olub. Digər medalı isə komandamıza Nəsrin Babayeva qazandırıb. O, 14 yaş kateqoriyası üzrə turniri ikinci pillədə başa vurub.
25-30 avqust tarixlərdə isə qonşu ölkənin Malatya şəhərində beşinci beynəlxalq şahmat festivalı təşkil olunub. Bu turnirdə də idmançılarımız 4 müxtəlif əyarlı medal əldə ediblər. 8 yaşlı oğlanlar arasında Oğuz Cabbarlı, 10 yaşlı qızlar arasında Nazlı Hümbətova və 14 yaşlı oğlanlar arasında Əli Əliyev ikinci olublar. 14 yaşlı qızların mübarizəsində isə qalib adını zəka sahibimiz Nəsrin Babayeva qazanıb.
İdmançılarımız təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6251576
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
210
16592
73630
301879
6251576

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter