23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Bu il yanvar ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar Naxçıvanda bir neçə yeni idman bölməsi fəaliyyətə başlayıb. 

Bu bölmələrdən biri də Şərur rayonunda fəaliyyət göstərən qızlar üçün bədii gimnastika bölməsidir. Bölmə Şərur Olimpiya-İdman Kompleksinin zalında yerləşir və qızların məşq etməsi üçün zal bədii gimnastika avadanlıqları ilə təmin edilib. Cari ilin əvvəlindən fəaliyyətə başlayan bölməyə müvəqqəti olaraq həftədə iki dəfə məşqçi-müəllim, idman ustası Humay Qafarova rəhbərlik edirdi. Bölmənin müəllimi Sevinc Nəcəfova isə Bakıda 6 aylıq məşqçi kursuna göndərilmişdi.
Paytaxtda kursu başa vuran məşqçi-müəllim artıq muxtar respublikaya qayıdıb. Sevinc Nəcəfova ilə söhbətimizdə o qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mart ayından etibarən Bakı şəhərindəki gimnastika arenasında bədii gimnastika idman növü üzrə ixtisas­artırma kurslarına cəlb olunmuşam. 6 aylıq kursda müəllimlərimiz bizə uşaqlarla düzgün rəftar, bədii gimnastika üzrə məşqlərin aparılma qaydaları barədə həm nəzəri, həm də praktik seminarlar keçiblər.

O dedi: “Seminarlarda Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi və digər təcrübəli məşqçilər iştirak edirdi. Seminarlardan əlavə mütəmadi olaraq yığma komandanın məşqlərinə cəlb olunur, yarışların keçirilməsi və təşkilati işlərdə iştirak edirdik. Kursu uğurla başa vurduqdan sonra Naxçıvana qayıtmışam və öyrəndiklərimi bundan sonra bədii gimnastika üzrə Şərur rayon bölməsində uşaq və yeni­yetmələrimizə öyrədəcəyəm. Mənə göstərilən bu diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, bölmədə 50-yə yaxın qız bədii gimnastikanın sirlərini öyrənir. Məşqlər həftədə 2 dəfə olmaqla keçirilir. Növbəti aydan məşqlərin həftədə 3 və ya 4 dəfə keçirilməsi nəzərdə tutulub.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4348081
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3703
17506
82638
336445
4348081

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter