21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Uşaqların son dövrlər ən çox maraq göstərdiyi sahə idmandır. Bəs bu sahənin uşaqlar üzərindəki təsiri necədir? Qeyd edək ki, idman fəaliyyətləri fiziki inkişafa kömək edən bir vasitə kimi qiymətləndirilsə də, uşağın həm təhsilində, həm də gələcək həyatında böyük rol oynayır. Hər idman növünün özünün qaydaları, tənzimləmələr və tətbiqlər, əslində, intizam dediyimiz sistemi həyatımıza tətbiq etməkdədir. Məşq etmək, vaxtında oyuna başlamaq, qaydalara uyğun hərəkət etmək uşağın bütün iradi keyfiyyətlərinə təsir göstərən amillərdir.
Məğlub olmamağa çalışmaq, təkrar sınamaq, sağlam rəqabətə girmək, hakimlə, məşqçi ilə, komanda yoldaşları ilə ünsiyyət qurmaq, bu ünsiyyəti qoruyub saxlamaq, məqsədi naminə çalışmaq, hədəflərə doğru inamla irəliləmək uşağın həm də mənəvi-psixoloji baxımdan güclənməsinə səbəb olur, əhəmiyyətli və lazımlı bacarıqların formalaşmasına yol açır. İdman fəaliyyətinin qazandırdığı mənəvi və fiziki bacarıqlar uşağın gələcəkdə cəmiyyətdə layiqli yer tutmasına rəvac verir, sağlam bir fərd kimi pis vərdişlərdən uzaq olmasına kömək edir, məsuliyyət duyğusunu artırır.
Uşaqlar hər hansı idman növü ilə məşğul olmadan əvvəl mütləq tibbi müayinədən keçirilməlidirlər. Uşağın sağlamlıq problemi varsa, həkim tərəfindən müəyyən olunub, özünə uyğun olan idman növünün seçilməsi təmin edilə bilər.

Uşaqlıq dövründə edilən idmanlar daha çox oyuna söykənən olmalıdırlar. Uşaqlara ağırlığa meyilli idman növləri ilə məşğul olmaq zərərlidir. Çünki onlar inkişaf mərhələsindədirlər, ürək tutumları fərqlidir. Ona görə də uşaqlar həddindən artıq güc sərf edəcəkləri idman növləri ilə məşğul olmamalı və ya məşqlərin müddəti az olmalıdır.
Dörd yaşından etibarən hər bir uşaq idman etməyə başlaya bilər. Bu yaşlarda uşaqlar fərdi işlərdən çox qrup idmanlarına istiqamətləndirilməlidir. 4-9 yaş arası uşaqlar üzgüçülük, gimnastika, atletika ilə məşğul ola bilər. Bunlar daha çox oyuna söykənən idmanlardır. 9-11 yaşlarına gəldikdə isə voleybol, basketbol, futbol, tennis, alətli gimnastika kimi texniki bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olan idman növlərinə istiqamətləndirilə bilərlər.
Uşağın peşəkar idmançı kimi formalaşmağını istəyirsinizsə, əvvəlcə bu yolun çox çətin olduğunu qəbul etmək lazımdır. Bu zaman yalnız düzgün istiqamətləndirmə müsbət nəticə verə bilər. Səhv istiqamətləndirmə onun idmandan soyumasına və uzaqlaşmasına səbəb olar. Əgər məqsəd uşağın peşəkar idmana yönəlməsini təmin etmək deyilsə, hər yaşda istədiyi idmana başlaya bilər. Ancaq burada əhəmiyyətli olan ona uyğun bir proqram seçilməsi və xüsusi məşqlərə erkən deyil, irəliləyən dövrdə başlamasıdır. Yaşın da mütləq nəzərə alınması lazımdır.
Uşaqların idmana cəlb edilməsi məsələsində valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqlarının idman fəaliyyətlərini dəstəkləmək üçün müəyyən qaydalara riayət etməlidirlər. Bu qaydalar aşağıdakılardır:
– idmanı gündəlik həyata daxil etmək;
– erkən yaşlardan etibarən idmanın əhəmiyyətini anlatmaq;
– ailə üzvləri ilə birlikdə keçirilən zamanlarda idmana xüsusi yer vermək;
– uşaqları idman müsabiqələrində iştiraka təşviq etmək.
Onu da qeyd edək ki, bəzən uşağı idman sahəsinə istiqamətləndirərkən düzgün addımlar atılmır. Yəni məşqçi və valideyn arasında müəyyən ziddiyyətlər yaranır. Ümumiyyətlə, uşağı idmana cəlb edərkən ilk olaraq, mütləq onun marağı göz önündə tutulmalıdır və uşağa ən az bir ay sınaq müddəti ­qoyulmalıdır. Belədə həm ailə, həm də uşaq həmin idman növünün ona uyğun olub-olmadığına qərar vermək imkanı əldə edər.
Bu məqamda vurğulayaq ki, idman özünəinamın inkişafına təsir göstərir. Psixoloqların təbirincə desək, uşaqlar özlərini ifadə etdikləri ölçüdə inkişaf edərlər. Bu səbəblə idman uşağın özünü inkişaf etdirməsinə böyük imkan yaradır, onda özünəinam ətrafda gördükləri reaksiyalarla formalaşır.
İdmanla məşğul olmaq uşağın məktəbdəki müvəffəqiyyətinə də müsbət təsir göstərir. Belə uşaqlar fiziki güc qazanmaqla bərabər, mənəvi keyfiyyətlər də əldə edirlər ki, bu da onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839195
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1117
13316
1117
293412
3839195

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter