21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Gənclərin idmana cəlbi istiqamətində görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliyinin növbəti oyunları keçirilib.

Şərur rayonunda keçirilən iki görüşdə növbəti mərhələyə yüksələn komandaların adları məlum olub. Mahmudkənd stadionunda təşkil olunan oyunda yerli komanda Oğlanqala kənd komandasını 4:2, Dəmirçi kənd stadionunda isə Çərçiboğan kənd komandası Aşağı Daşarx kənd komandasını 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.
Kəngərli rayon Qıvraq qəsəbə stadionunda Qıvraq qəsəbə və Qarabağlar kənd komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Culfa rayonunda isə növbəti tura yüksələn komanda Əbrəqunus kənd komandası olub. Onlar Xanəgah kənd komandasının qapısından 4 top keçiriblər – 4:1. Babək rayonunda isə Nehrəm və Qahab kənd komandaları qarşılaşıb və görüş birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ordubad rayonunda Sabirkənd və Dırnıs kənd komandaları qarşılaşması birincinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sədərək rayon stadionunda Qara­ağac kənd komandası Sədərək-2 komandasını 4:2, Kolanı kənd stadionunda isə Kolanı kənd komandası Gömür kənd komandasını 8:6 hesabı ilə məğlubiyyətə uğradıb.
Həftənin ən bolqollu oyunu isə Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, üçüncü yer uğrunda görüşdə Qaraxanbəyli və Tumbul kənd komandaları qarşılaşıb. Daha üstün oyun sərgiləyən Qaraxanbəyli kənd komandası meydanı 17:6 hesablı qələbə ilə tərk edib.
Qeyd edək ki, növbəti oyunlar avqust ayının 12-də keçiriləcək.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3839273
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1195
13316
1195
293490
3839273

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter