23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci­ illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət ­Proqramı”nda bu kateqoriyadan olan uşaqların istedadlarının aşkara çıxarılması və onların asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Par­alimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçisi Ruhiyyə Qubuş­ova və II Respublika Uşaq Paralimpiya Oyunlarının qalibi olan sağlamlıq imkanları məhdud 2 uşaq muxtar respublikamıza gəliblər. Bununla əlaqədar olaraq Paralimpiya Federasiyası proqram hazırlayıb. Proqrama əsasən dəvət olunanların 7 gün ərzində təlim-məşq toplanışı keçirilib. Təlim-məşq toplanışı ərzində masa­üstü tennis idman növünə sağlamlıq imkanları məhdud uşaqların cəlbi məqsədilə uşaqlar və onların valideynləri ilə görüş də təşkil edilib.

Bu müddət ərzində federasiya rəsmilərinin Şərur Olimpiya-İdman Kompleksində məşq prosesi olub, fiziki imkanları məhdud uşaqlara idmanın bu növü barədə məlumat verilib.
Təlim-məşqin son günündə isə Şərur və Naxçıvanda fəaliyyət göstərən bölmələr arasında 18 yaşadək olan 12 sağlamlıq imkanları məhdud uşaq arasında stolüstü tennis idman növü üzrə yoldaşlıq görüşü təşkil edilib. Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində reallaşan yarışın sonunda bütün rəqiblərini məğlub edən Allahverən Səfərov qalib adını qazanıb. Nihat İmanov ikinci, Orxan Məmmədov üçüncü olublar.
Sonda qaliblərə diplom, fərqlənən idmançılara isə fəxri fərmanlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5319979
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4563
18695
59553
368185
5319979

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter